Bakıda yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 100-ə yaxın ağacın aşması və budaqlarının sınması hadisəsi qeydə alınıb.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
İndiyədək birliyə ağac aşması nəticəsində 3 maşına yüngül zərər dəyməsi barədə məlumat daxil olub.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-18-də ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bu gün gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin keçəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.