Abituriyentlərin nəzərinə! Qəbul proqramı nəşr olundu

Cəmiyyət 14:12 20.01.2019

“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

AzEdu.az xəbər verir ki, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub.

Jurnalda qəbul kampaniyasının bütün mərhələ və aspektlərini müəyyən edən, başlıca tənzimləyici hüquqi-normativ sənəd -“Ali təhsil müəssisələrinə qəbul qaydaları” bir daha təqdim olunub.

Hər bir fənn üzrə təqdim edilmiş yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanın ikinci mərhələsi üçün qəbul imtahanı proqram­larında sistemlilik və ardıcıllıq prinsipləri gözlə­nilmiş, imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, öyrənilməsi zəruri olan tədris mate­rial­larının həcmi, tövsiyə edilən ədəbiyyat siyahısı və s. verilib.

Jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün fənlər üzrə tapşırıq nümunələri də verilib. Yeni qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Hər bir abituriyent bu tapşırıqlarla tanış olub, onların üzərində işləməklə özünün imtahana hazırlıq səviyyəsini yoxlaya bilər.

Bu nömrədə təqdim olunan “Balların hesablan­ma qaydası” başlığı altında verilmiş material­ hər bir abituriyentə öz ballarını müstəqil şəkildə hesablamağa imkan yaradır.

“Açıq tipli tapşırıqların növləri və onlara aid nümunələr” başlığı altında verilmiş materialda həm cavabların kodlaşdırılması tələb olunan, həm də yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıq­lar haqqında məlumat və nümunələr təqdim olunub.  

Jurnalın ənənəvi “Soruşun, cavab verək” rubri­kasında isə mütəxəssislər abituriyentlərdən və icti­maiy­yətdən Dövlət İmtahan Mərkəzinə daxil olan sual və müraciətlərə cavab verirlər.

Bu nömrədə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları da verilib. Həmin təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər bu elanlarla tanış olub, qəbul qaydaları barədə geniş və hərtərəfli məlumat ala bilərlər.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Hamısı