20 Yanvar şəhidlərinə görə intihar edən tələbə KİMDİR?

Cəmiyyət 15:10 20.01.2019
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
 
 Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda –  yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
 
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli-azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
 
20 YANVAR  ŞƏHİDLƏRİNƏ  GÖRƏ  İNTİHAR  EDƏN  TƏLƏBƏ
(AĞABƏY  NOVRUZOV)
 
20 Yanvar hadisələri ona pis təsir etmişdi. Nəşr edilən dövlət qəzetlərində xalqın üzərinə böhtan atırdılar. Bununla yanaşı 20 Yanvar hadisələri ilə bağlı fövqəladə sessiyanın da qərarları yerinə yetirilmirdi. Ağabəy iki dəfə Ali Sovetə bu haqda məktub yazmışdı. Teymurbəyov familiyalı birisi onu yanına çağırıb: “Fövqəladə sessiyanın belə bir qərarı olmayıb” – demişdi.
 
Azərbaycan Neft və Kimya İnstitutunun tələbəsi Ağabəy Novruzovun özünə qəsd ərəfəsində yazdığı vida bəyanatında səbəblər göstərilmiş, sadəcə xalqdan üzr istəmişdi. Bu üzr istəməyin səbəbləri isə aydın idi: Azərbaycan xalqının son illərdə məruz qaldığı təcavüzkarlıq, respublikanın iqtisadi-siyasi suverenlikdən məhrum edilib ağır vəziyyətə salınması, Bakıda 20 Yanvar faciəsi, qeyri-qanuni fövqəladə vəziyyətin davam etməsi, Mərkəzin açıq-aşkar münasibəti və yaranmış vəziyyətdə yerli rəhbərliyin deputat korpusunun acizliyi. Bu tələblərdən yaranmış milli tənhalığın onu əhatə etməsi.
Ağabəy gənc qəlbinin hökmü ilə Azərbaycanın həqiqi suverenliyi, müstəqilliyi, azadlığı yolunda ölümə də hazır olub. 20 Yanvar şəhidlərinin qanının batmasına, həbsxanalara atılan məslək yoldaşlarının iztirabına, fövqəladə vəziyyətin təhqiramiz qayda-qanunlarına, Ermənistandan qovulan xalqımızın müsibətlərinə də tab gətirə bilmədi.
 
 
 
20 Yanvar gecəsinin 20 yaşlı şəhid şairi kimi tanıdığımız
Ülvi Bünyadzadənin şeri
 
VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK
(Sinif yoldaşlarıma)
Biz öz ömür sazımızda
"Dilqəmi"ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.
Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982
QEYD: Sovet ordusu 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada belə cinayətlər törətmişdi. Bu ordu 1962-ci ildə Novorossiyskdə də dinc insanlara atəş açıb çoxlu sayda insanı qətl etmişdi.Sovet ordusunun törətdiyi ən dəhşətli qətliam 1986-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində olmuşdu.
 
 
 
 
MİRZƏ XƏZƏR
 (20 Yanvar hadisələrində fədakarlıq)
Mirzə Xəzər (Mikayılov Mirzə Kərim oğlu 29 noyabr, 1947, Göyçay) – Dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi.
Mirzə Xəzər 20 Yanvar haqqında:
 Mirzə Xəzər  o  dövrü belə xatırlayır: “O günlərdə Azərbaycanda müxbirimiz yox idi. 1989-cu ilin yanvar ayından başlayaraq bütün məlumatları Mehdi Məmmədovdan telefonla alırdıq. Bütün müsahibələri də bu telefon vasitəsilə aparırdıq. 1989-cu ilin sonu və 1990-cı ilin əvvəlində Azərbaycan Rabitə Nazirliyinin məsul işçisi olan Oruc Şirinov bizə Azərbaycanın hər yerində istədiyimiz şəxslə telefon əlaqəsi saxlamaq üçün şərait yaratdı. SSRİ silahlı qüvvələrinin xüsusi hissələri artıq Bakının qapılarında idi. 1990-cı il yanvarın 19-da axşam Mehdi Məmmədov, mərhum Yusif Səmədoğlu və Oruc Şirinovla danışıb evə getdim. Vəziyyət gərgin olduğundan adətən gecələr iş yerinə qayıdıb Bakı ilə əlaqə saxlayırdım. Həmin gecə, yanvarın 19-u Münhen vaxtı ilə saat 22.00-da, Bakı vaxtı ilə saat 01.00-da otağıma gəlib “sekreteri” yoxladım. Bakıdan həyəcanlı səsləri eşidib zəng elədim. Sovet qoşunları artıq Bakının küçələrində irəliləyirdilər.
Dərhal redaksiyanın əməkdaşlarını çağırdım və radiostansiyanın rəhbərliyinə xəbər verdim. Avropanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizə xəbər verdim. Heç kimin heç bir şeydən xəbəri yox idi. İki saat içində yeni veriliş hazırlayıb efirə çıxdıq. Bakıda səhər erkən idi. Gün ərzində beş dəfə yayıma çıxırdıq. Fürsətdən istifadə edib əlavə efir saatı tələbilə rəhbərliyə müraciət etdim. Rumın redaksiyasından iki saat kəsib bizə verdilər. Avropanın hər yerindən, hətta ABŞ-dan belə Azərbaycandakı vəziyyət barədə məlumat almaq üçün bizə zəng edirdilər...
1990-cı il yanvarın 20-də ilk dəfə efirə ötürdüyüm və ən çox qalmaqala, şiddətli etiraz və tənqidlərə məruz qalan o məşhur verilişi nəzərdə tutur. Bu ilk veriliş Azərbaycan Xalq Cəbhəsinin bəyanatını oxuyan Yusif Səmədoğlunun səsini, Mixail Qorbaçovun, sovet rəhbərliyinin ünvanına son dərəcə sərt ittihamlar irəli sürən Bəxtiyar Vahabzadənin qısa müsahibəsini, Cəfər Cabbarlının mənim səsləndirdiyim “Məhkum Şərq” və “Şərqə” şerlərini ( “Qalx, qalx, qalx düşgün dünya”), Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə bitən gəncliyə müraciətinin mətnini və nəhayət, Xəlil Rzanın mənim səsləndirdiyim “Davam edir 37" poemasını əhatə edirdi. Çox təsirli veriliş idi...”
 
 
 
 
ALMA-ATA  HADİSƏLƏRİ – 1986; 20 YANVAR – 1990.
HƏR  İKİ  QİYAMIN  İŞTİRAKÇISI  OLAN 
RUS  GENERALLARI: DUBİNYAK,  BOBKOV
 
Sovet Respublikalarında baş verən hadisələrdən (Tbilisi, yanvar – Bakı) öncə Alma-Ata qətliamı baş vermişdi. Sovet dövləti 1956-cı ildə Macarıstanda, 1968-ci ildı Çexoslovakiyada, 1962-ci ildə Novorossiyskdə törətdiyi cinayətləri 1986-cı ildə Qazaxıstanda təkrarladı.  Alma-Ata hadisələri sovet rejimində yaşayan insanların necə hüquqsuz və qorxu altında mövcudluğunu ortaya qoydu, bu quruluşa qarşı böyük nifrət hissi oyatdı. Gənclərdə, tələbələrdə bu hadisə ciddi narazılıq yaratdı.
Alma-Ata hadisələrinin acı göstəriciləri belə idi: 168 şəhid olmuş, 1722 nəfər müxtəlif dərəcəli xəsarət almış, 97 nəfər həbs cəzasına məhkum olunmuş, 2 nəfərə ölüm cəzası kəsilmiş, 5224 nəfər prokurorluqda, 850 nəfər DTK-da istintaqa məruz qalmış, 319 nəfər işdən qovulmuş, 309 tələbə təhsil ocaqlarından xaric edilmiş, 53 nəfər SOV.İKP sıralarından, 758 nəfər komsomol sıralarından qovulmuşdu.
1986-cı il Alma-Ata çıxışlarının başlanmasına Qazaxıstan KP MK-nın 16 dekabr 1986-cı il tarixli plenumunda qəbul edilən qərar olmuşdu. Həmin qərara görə, Qazaxıstan KP MK-nın Birinci katibi D. A. Kunayev vəzifəsindən öz xshişi ilə azad edilmiş və onun yerinə milliyyətcə rus olan Kolbin seçilmişdi. Qeyd edək ki, sovet dövründə Qazaxıstana rəhbərlik etmiş iyirmi şəxsdən yalmız ikisi qazax millətindən olmuşdu.
Dekabrın 17-də, səhər ertədən kənardan rəhbər gətirilməsinə etiraz edən yüzlərlə gənc Alma-Atanın Brejnev (indiki Respublika)  meydanına axışır. Onların əllərində bu şüarlar var idi: “Hər respublikaya – öz rəhbəri”, “Heç bir millətə üstünlük verilməməlidir”.
Dekabrın 17-də Kolbinin şəxsi göstərişi ilə Alma-Ata şəhərində fövqəladə vəziyyət elan edildi. SSRİ Daxili İşlər Naziri A.A.Vlasovun əmri ilə daxili qoşunların xüsusi hissələri şəhərə yeridildi. Saat 18:00-da  dinc nümayişi dağıtmaq haqqında qərar verildi. Beləliklə “Metel-86” adı altında Alma-Atada söyqırım əməliyyatı həyata keçirildi.
Bu soyqırım əməliyyatında iştirak edən iki general – V. S. Dubinyak və K. D. Bobkov sonradan Bakıya gəlib, 20 Yanvar qətliamında da iştirak etdilər.
 
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Hamısı