Ağstafa rayonunda yaşayış binasında xəsarətlə nəticələnən yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Poylu kəndində, 3 ailənin yaşadığı birmərtəbəli binada qeydə alınıb.
Hadisə zamanı 2 nəfər, 1960-cı il təvəllüdlü Nataliya Əhmədəliyeva və onun qonşusu, 1969-cu il təvəllüdlü Azər Mirzəyev müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. N.Əhmədəliyevanın vəziyyəti ağır olduğundan o, Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriləcək.