Rusiya Federasiyasının İjevsk şəhərində “Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilatı 20 Yanvar faciəsinin 20-cu ildönümünə həsr edilmiş tədbir keçirib.
Tədbirin əvvəlində sovet qoşunlarının törətdiyi qanlı hadisənin qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən diaspor rəhbəri Zülfüqar Mirzəyev, Ağsaqqallar Şurasının sədri Şahlar Mustafayevvə başqa fəal soydaşlarımız həmin faciənin baş verdiyi şərait, törədilən cinayət və həbçilərin insanlığa sığmayan əməllərindən söz açıblar. Bildirilib ki, insanları diri-diri əzib keçən tanklar və zirehli transportyorlar yüzlərlə insanı qətlə yetirib və şikəst edib.
Tədbir iştirakçıları Azərbaycan xalqının şərəfli və qəhrəmanlıq dolu tarixindən söz açıblar. Bildiriblər ki, üstündən 29 il keçsə də o tarix millətimiz üçün matəm arxix, o hadisələr isə qəhrəmanlıq və qürur səhifəsidir. 20 yanvar xalqımızın müstəqillik uğrunda mübarizəsinin şərəfli mərhələsidir.
Bu qanlı hadisə sovet totalitar rejiminin qeyri-insani mahiyyətini üzə çıxardı. Dövlət ordudan öz xalqına qarşı istifadə etdi. Bu cinayət bəşər tarixinə qanlı hərflərlə yazıldı.
Tədbir iştirakçıları qeyd ediblər ki, 20 yanvar hadisəsi bütün azərbaycanlıların ürəyində ağrı olaraq qalacaq. Şəhidlərimizin əziz, işıqlı xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.