Təhsil Nazirliyi işçi axtarır | Eurasia Diary - ednews.net

24 Aprel, Çərşənbə


Təhsil Nazirliyi işçi axtarır

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasının Təhsil Nazirliyi aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə elan edir.

- İnsan resursları, Təhsil müəssisələri ilə iş sektoru, aparıcı məsləhətçi

- Sumqayıt Şəhər Təhsil Şöbəsi, müdir müavini

- Ağsu Rayon Təhsil Şöbəsi, müdir müavini

- Tovuz Rayon Təhsil Şöbəsi, müdir müavini

- Zərdab Rayon Təhsil Şöbəsi, müdir müavini

Müsahibədə inzibati vəzifədə Azərbaycan Respublikasının Təhsil Nazirliyində qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-  ərizə;

- şəxsiyyət vəsiqəsinin surəti;

-  əmək kitabçasının surəti;

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə)

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

- bir ədəd ağ rəngli fotoşəkil (4x6);

- son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 fevral 2019-cu il tarixdən 25 fevral 2019-cu il saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər.

Telefon: 012 5991155 (5228)

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Rayon təhsil şöbəsi (Sumqayıt şəhər, Ağsu, Tovuz, Zərdab rayon təhsil şöbələri)

Mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbərinin müavini - rəhbərin müavini

Vəzifənin kodu:

İş yerinin ünvanı:

İnzibati vəzifənin təsnifatı: İnzibati (6)

Vəzifə maaşı: 440 AZN

Qulluq funksiyaları:

- səlahiyyətləri daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində və təhsil qanunvericiliyinin icrasının təmin edilməsində iştirak; 

-təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün aparılan monitorinqlərin nəticələrinin təhlili əsasında təkliflərin hazırlanması;

-  təhsil müəssisəsinin maddi-texniki, tədris bazasının və digər ehtiyaclarının ödənilməsi, təlim-tərbiyə müəssisələrinə metodik xidmətin təmin edilməsi üzrə təkliflərin hazırlanması,

-  ümumi təhsil sahəsi işçilərinin ixtisasartırma və yenidənhazırlanma təhsilinin təşkilində iştirak;

-  uşaqların təlim-tərbiyəsinin  həyata keçirilməsində pedaqoji kollektivlərlə ailə və ictimaiyyətin fəaliyyətinin əlaqələndirilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının mühafizəsi işinin təşkili;

-  aidiyyəti yerli orqanlarla birlikdə icbari təhsilin təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi;

-  təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatının müəyyənləşdirilməsində iştirak;

-  istedadlı uşaqların aşkara çıxarılması və onlarla işin təşkili üzrə tədbirlərin yerinə yetirilməsi;

-  vəzifə səlahiyyətləri daxilində digər işlərin həyata keçirilməsi; 

Vəzifənin tutulması şərtləri:

-  təhsil: M 010000 Maarif, M 011300 Pedaqogika və psixologiya, M 011500 Tarix və ictimaiyyət, M 012500 Tarix və coğrafiya, M 012700 Xarici dil (dil göstərilməklə) və Azərbaycan dili və ədəbiyyatı, M 012800 Təsviri incəsənət, rəsmxət və əmək təlimi, M 010100 Fizika və astronomiya, M 011300 Pedaqogika və psixologiya, M 010900 Musiqi təhsili, MM 010004 İbtidai təhsilin pedaqogikası və metodikası, M 011600 İbtidai təhsilin pedaqogika və metodikası, M 012100 Təbiət fənləri, M 012200 İctimai fənlər, M 012300 Əmək hazırlığı və texnologiya, M 012400 Ümumi texniki fənlər və fizika, M 012600 Coğrafiya və iqtisadiyyatın əsasları, M 010300 Riyaziyyat və fizika, M 010500 Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı, M 011200 Kimya və biologiya, TE 010100 Riyaziyyat, TE 030100 Fizika, TE 040100 Kimya, TE 050100 Biologiya, TE 060100 Coğrafiya, TE 100000 Tətbiqi riyaziyyat, İİ 030200 Təhsilin təşkili və idarə olunması

-  iş stajı: dövlət qulluğunda azı 3 il iş stajı və yaxud azı 4 il iş stajı

-  kompüter bilikləri: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə)

-  xarici dil bilikləri: Rus dili - B2 səviyyəsində, İngilis dili - B1 səviyyəsində

-  Xüsusi tələblər:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

İnsan resursları şöbəsi, Təhsil müəssisələri ilə iş sektoru

aparıcı məsləhətçi

Vəzifənin kodu: 120818

İş yerinin ünvanı: Bakı şəhəri, Xətai prospekti,49

İnzibati vəzifənin təsnifatı: İnzibati (5)

Vəzifə maaşı: 570 AZN

Qulluq funksiyaları:

- səlahiyyətləri daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində qanunvericiliyin icrasının təmin edilməsi; 

-  Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrində insan resurslarının idarə olunması sahəsində strateji istiqamətlərin  müəyyənləşdirilməsi və tətbiqində iştirak;

- səriştəli  kadrların formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, sahə üzrə vahid inkişaf strategiyasının formalaşdırılmasında iştirak;

- Təhsil Nazirliyi sisteminə daxil olan  ümumi təhsil müəssisələrinə rəhbər və pedaqoji kadrların işə qəbulunun, onların yerdəyişməsinin  təşkili və keçirilməsinə nəzarət;

- təhsil müəssisələrində çalışan pedaqoji kadrların bilik və bacarıqlarının diaqn- stik qiymətləndirilməsinə nəzarətin edilməsi;

- təhsil müəssisələrində kadr məsələləri üzrə normativ hüquqi aktların hazırlanması;

- təhsil müəssisələrində kadrlara olan  tələbatın müəyyənləşdirilməsi işinin təşkilinə, onların t- planaraq təhlil edilməsi və müsabiqəyə çıxarılmasında iştirak;

-  kadr sənədləşmələrinin aparılmasında əmək qanunvericiliyinin düzgün tətbiqi ilə bağlı reqlamentlərin verilməsi, onlara yerlərdə əməl olunması işinə nəzarət;

- Nazirliyə sahə üzrə daxil olan layihə və proqramların təhlil edilməsi, müvafiq rəy və təkliflərin verilməsi;

- şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və vaxtında cavablandırılması;

- yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən kadr məsələləri ilə bağlı mövcud qanunvericiliyin yerinə yetirilməsində, insan resurslarının idarə olunması üzrə müvafiq təlim proqramlarının hazırlanması, yerli təhsili idarəetmə orqanlarının əməkdaşları və təhsil işçiləri üçün təlimlər və seminarların təşkilində iştirak;

Vəzifənin tutulması şərtləri:

- təhsil : HS 020000 Filologiya, HS 070000 Tarix, HS 100000 Psixologiya, HS 170000 Bədən tərbiyəsi, M 010100 Fizika və astronomiya, M 010200 Riyaziyyat və informatika, M 010300 Riyaziyyat və fizika, TE 010100 Riyaziyyat, M 010400 Təbiətşünaslıq, M 010500 Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı, M 010900 Musiqi təhsili, M 011200 Kimya və bi- l- giya, M 011300 Pedaq- gika və psixologiya, M 011500 Tarix və ictimaiyyət, M 011600 İbtidai təhsilin pedaqogika və metodikası, M 012600 Coğrafiya və iqtisadiyyatın əsasları, M 012700 Xarici dil (dil göstərilməklə) və Azərbaycan dili və ədəbiyyatı, M 012100 Təbiət fənləri, İİ 030200 Təhsilin təşkili və idarəo lunması, TE 030000 Fizika, TE 040000 Kimya, TE 050000 Biologiya, TE 060000 Coğrafiya, M 012100 Təbiət fənləri, M 012200 İctimai fənlər, M 012400 Ümumi texniki fənlər və fizika, M 012500 Tarix və coğrafiya, M 012800 Təsviri incəsənət, rəsmxət və əmək təlimi

- iş stajı: iş stajı tələb olunmur

- kompüter bilikləri: MS office (orta-yüksək)

- xarici dil bilikləri: İngilis dili - B1 səviyyəsində, Rus dili - B1 səviyyəsində

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...