Prezidentin yüksək vəzifə verdiyi 29 yaşlı Rəvan Həsənov - KİMDİR? | Eurasia Diary - ednews.net

24 Aprel, Çərşənbə


Prezidentin yüksək vəzifə verdiyi 29 yaşlı Rəvan Həsənov - KİMDİR?

Cəmiyyət A- A A+

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Rəvan Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin edib.

Eurasia Diary xəbər verir ki, Rəvan Vaqif oğlu Həsənov bu günədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunu əvəz edirdi. O, daha əvvəl Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəvan Həsənov 1989-cu ildə anadan olub və bu ilin iyul ayının 2-də 30 yaşını tamam edəcək.

O, Bakı Dövlət Universitetinin və Çikaqo Kent-Hüquq Kollecinin məzunudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...