Qurban Yetirmişli Şamaxıdakı vulkan püskürməsindən danışdı - bir neçəsinin də... | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə axşamı


Qurban Yetirmişli Şamaxıdakı vulkan püskürməsindən danışdı - bir neçəsinin də...

Cəmiyyət A- A A+

Şamaxı rayonunda bu gün səhər saatlarında püskürən Quşçu vulkanı fevralın 5-də baş verən zəlzələnin təsirindən aktivləşib.

Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələdən sonra ərazidə aparılan monitorinqlərdə vulkanda aktivləşmə qeydə alınmışdı:

“Vulkanın kraterində palçıq axıntısı var idi və bu gün səhər saatlarında püskürmə qeydə alınıb. Ərazidə bir neçə palçıq vulkanında oxşar proses müşahidə edilir. Onlarda püskürmənin baş verəcəyi barədə dəqiq fikir deyə bilmərik, lakin ərazi daim nəzarətdədir”.

Q.Yetirmişli onu da vurğulayıb ki, fevralın 5-də baş verən zəlzələdən sonra afterşoklar davam edir:

“Bu günə qədər 500 xırda və iri təkanlar qeydə alınıb. Ayın 11-də baş verən təkanlar kimi bəziləri hiss edilib. Prosesin bir aya kimi davam edəcəyi gözlənilir. Lakin ərazidə yenidən güclü zəlzələ olacağı ehtimal edilmir”.

Qeyd edək ki, Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda Ləngəbiz silsiləsi üzərində eyni adlı kənddən 150-200 metr şimal-şərqdə yerləşir. Quşçu vulkanı son 100 ildə bir neçə dəfə güclü püskürməyə məruz qalıb. Palçıq vulkanının bizə məlum olan ilk püskürməsi 1913-cü ildə, baş verib. 1992 və 2008-ci illərdəki püskürmə yeraltı gurultu və yanar qazla müşahidə olunub. Yerli sakinlərin məlumatına görə, bu illərdəki püskürmə zamanı alov sütununun hündürlüyü 150-200 m-ə qədər qalxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...