Fevralın 13-də Meksika səfiri Rodriqo Labardini vəkillik sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşdü.
Sədr Kollegiyanın strukturu və funksiyalarında məlumat verərək bir faktı da vurğuladı ki, Meksika səfirinin gəlişi Azərbaycanda akkreditə olunmuş diplomatik korpus rəhbərlərinin Vəkillər Kollegiyasına ilk ziyarəti kimi qeyd olunur.
Səfir Labardini, öz növbəsində, Meksika və Azərbaycanın müvafiq strukturları arasında mümkün əməkdaşlıq perspektivlərini təhlil etməyə imkan yaradan bu görüşün baş tutması üçün təşəkkürünü bildirdi. Meksikalı diplomat Səfirlik tərəfindən həyata keçirilən tədbir və fəaliyyətlərin ümumi panoramasını təqdim etdi, habelə hər iki ölkə arasında münasibətlərin yaxınlaşması və möhkəmlənməsi ilə bağlı əsas məqsədlərindən danışdı.
Görüşdən sonra diplomat Kollegiyanın inzibati binası ilə tanış oldu.