“3200-dən çox məktəb tikilib və təmir edilib”
Eurasia Diary xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, müəllimlərin DQ nəticəsinə görə dərs yükü normaları 1.5 dəfə maaş isə 2 dəfə artıb.
“140000-dən çox müəllimə şamil edilib. Güzəştlərin tətbiq olunması 3 ildən 5ilə qədər artırılıb. Məktəbəhazırlıq qrupunun 75% əhatəsi var. Müasir peşə təhsili mərkəzlərinin yaradılması sürətlə həyata keçirilir".
Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransı keçirib.