Qarabağın balaca, lakin şir ürəkli Həcəri Nərgiz əfsanəsi

Cəmiyyət 20:15 15.02.2019
“O zaman həmin erməni əsiri dedi ki, Baş Güneyə 3 gün girə bilməyiblər. Sonradan kənddə camaatın olmadığını bilib, kəndə elə giriblər. Evlərdən toplanan qənimətləri kəndin mərkəzinə yığıb orda toplaşıblar. Həmin vaxt onların olduğu istiqamətdə atəş açılıb. Onlardan bir neçəsi məhv edilib. Erməni əsiri deyib ki, hücuma məruz qaldığıqlarını düşünüb, tez kömək çağırıblar, amma atəş tək bir tərəfdən gəlirmiş. Həmin yeri qumbaraatanlarla atəşə tutublar. Atəş kəsiləndən sonra, ora yaxınlaşanda əli avbtomatlı bir qız olduğunu görüblər. Yumrusifət qara qız olub, yanında isə 3 qadın və bir kişi var imiş.”

Eurasia Diary olaraq bu yazımızda, ailə üzvlərilə birlikdə düşmən tərəfindən girov götürülən Nərgiz İbrahim qızı Xudaverdiyeva haqqında danışacağıq. 

Nərgizin qardaşı, Bəxtiyar İbrahim oğlu Ələsgərov 1974-cü ildə Ağdərənin Baş Güney kəndində anadan olub. Biri ata, digəri isə ana soyadını daşıyardı. Fələyin qara yelləri onların həyatından öz rüzgarını əsdirməkdən yorulmadı. Hələ uşaqlıqdan ata qayğısından məhrum olması azmış kimi, yeniyetmə vaxtlarında da düşmən girovluğunda qalan ailə üzvüləri onun ürəyinə özünün dediyi kimi dağları sıralayıb. 

Onu şəxsən tanıyırdım. Məndən cəmi bir sinif yuxarı oxuyurdu. Nərgiz ətrafından seçilirdi, həm mülayim xasiyyətilə, həm də davranışları ilə həmişə diqqət çəkirdi. Tay-tuşları bəzən bir toplantıda deyib-gülüb şənlənər, zarafatlaşardılar. O isə sakit bir tərzdə başını azca çiyninə əyib ətrafını sey edərdi. Onun bir az qaraqabaq görkəmi, olduqca ciddi baxışları kiminsə onunla zarafat etməsinə imkan vermirdi. Artıq hamı onun xarakterinə bələd olduğundan, kimsə onunla davranışlarında və danışığında həddi aşmırdı. Elə bil bu cür duruşuyla, bir görünməz varlığa “niyə məhz mən seçildim” deyərdi. Bəzən isə heç ummadıq bir hadisəyə dodaqları qaçar, hamı qəhqəhə çəkəndə o sakit bir şəkildə gülərdi. İlk baxışdan onu tanımayanların ürəyində adamayovuşmaz bir hiss yaratsa da olduqca istiqanlı idi. 


Demək olar ki, hər tənəffüsdə özündən 2 sinif aşağı oxuyan qardaşını yanına çağırar, bacı-qardaş bir kənara çəkilib sakit bir şəkildə nəsə danışardılar. Əksər hallarda məktəbin bufetindən aldığı şirin kökəni uşaq yedizdirirmiş kimi qardaşına verər, əllərilə tez-tez qardaşının dodaqlarına yapışan şirniyyat qırıqlarını təmizləyərdi. Hamı artıq bu mənzərəyə alışmışdı. Bəzən hər gün gördüyün bir mənzərə adam üçün adiləşsə də onun qardaşı ilə olan mehribanlığı və qayğısı hər gün bu mənzərəni görənlər üçün, elə bil yeni idi. Onlar bir yerdə olanda, sanki təkcə üzləri deyil, bütün ətraf, kainat təbəssümə qərq olurdu. O qədər mehriban və şirin danışar ayrılanda isə elə bil bir daha görüşməyəcəklər kimi bir-birlərinə əl yelləyərdilər. Bu hal hər 45 dəqiqədən bir təkrarlanırdı. 

Onlar ailədə 6 nəfər idilər – baba, nənə, xala, ana və 2 övlad. 1991-ci ildə ərazi özünümüdafiə batalyonu yaradılarkən, Nərgizin qardaşı Bəxtiyar da həmyaşıdlarından geri qalmır. Ona verilən avtomatı evə gətirəndən sonra bacısına onu necə atmağı, adi vaxtlarda isə necə saxlamağı öyrədir. 

Nərgizlə bağlı eşitdiklərimi və onun barəsində olan hisslərini bizə danışması üçün ailənin yeganə sağ qalan üzvü qardaşı Bəxtiyarla əlaqə saxladım. Vədələşdik, evinə getməyimi təkid elədi. Söhbətimizə təxminən hansı istiqamətdə başlayacağımı öncədən planlaşdırmışdım. Məni qarşılayıb, xoş-beş etdikdən sonra evə dəvət elədi. Evin elə də hündür olmayan pilləkənlərini qalxırdıq ki, arxadan bir səs gəldi: 

- Nərgizzz 

Bəxtiyar ayaq saxlayıb sağa-sola baxdı. Üzündəki ifadə və gözlərinin az qala hədəqədən çıxma dərəcəsinə çatması məndə həyəcan doğurdu, nə baş verdiyini öyrənməyə çalışdım. Yanımdan keçən balaca qız pilləkənləri qalxaraq, Bəxtiyarın ayaqlarını qucaqladı. O, aşağı əyilib qızı qucağına aldı, bağrına basıb, yanaqlarından öpdü.

“Bacı necəsən?” - deyib üzünü yana çevirdi. Bəxtiyarın səsindəki titrəyişdən onun kövrəldiyini, göz yaşlarını görməməyim üçün, üzünü yana çevirdiyini hiss etdim. Uşaq onun əlindən tutub, otağın digər küncündə qoyulan stolun yanına çəkdi, hansısa dərsin həllində ona kömək etməsini istəyirdi.

“Bacı necəsən?... Bu iki kəlmə mənə o qədər də yad deyildi. Nə az, nə çox, düz 9 il bu kəlmələri eşitmişdim. Nə səs dəyişmişdi, nə də səsləniş tərzi. Dəyişən Bəxtiyarın ailəsindən ayrı qaldığı, hələ də başlarına nə gəldiyini bilmədiyi illər, bir də Bəxtiyarın bir az yaşlanması idi. 

O, balaca Nərgizin dərsinə kömək etdikdən sonra üzürxahlıq edərək əyləşdi. Üzümə baxıb ilk sualımı gözlədi. Düzü, qarşılaşdığım mənzərə məni elə ovsunlamışdı ki, nə deyəcəyimi, hardan başlayacağımı belə ipə-sapa düzə bilmirdim. 

“Qardaş mənə sadəcə nərgizli və nərgizsiz günlərindən danış”, - deyib susdum. 

Barmaqlarını bir-birinə keçirib baş barmaqlarını möhkləm sıxdı. Baxışlarını üzümə dikib, sanki “niyə yaramı qopardırsan” deyirdi. Bir xeyli bu cür dayanıb qaldı. Nəhayət asta-asta sözə başladı:


- Əslində, uşaqlığımız gözünün qarşısında olub. Sən bizi bizim qədər tanıyırsan. Nərgizin barəsində çox şey danışa bilərəm. Amma bu, bir az doğru anlaşılmaz. Əlbəttə ki, o mənim bacımdır. Təbii ki, onun yaxşısı da, pisi də mənimdir. Amma bəzən elə vəziyyət olur ki, o halın dilə gətirilməsi kənardan şişirdilmiş görünsə də, həqiqət olaraq qalır. O vaxt mən silahı götürüb ev gələndə mənə dedi ki, ona atmağı öyrədim. Bir az öz aramızda təlim keçdik, ona silahın sökülüb-yığılması, təmizlənməsi qaydalarını öyrətdim. Mən bunu ona görə edirdim ki, o, silaha olan marağından əl çəksin. Silah almağımdan 3 gün keçirdi. Üzümə tərs-tərs baxıb, başını silah söküb-təmizləməklə qatmamağımı istədi və öyrətməyəcəyim təqdirdə özbaşına öyrənəcəyini söylədi. Onun bu təkidindən sonra evin sol tərəfində, yamacda olan kollardan birinin üstünə nişangah qoyduq. İlk gün olmasa da, sonrakı gün nəticəsini gördük. O, bir neçə günə artıq silahla necə davranmağı və atmağı bilirdi. Onun silaha olan marağı anamı və nənəmi narahat edirdi. İlk dəfə idi ki, biz özümüzdən böyüklərin sözündən çıxırdıq. Bu da təbii idi, hər anımızı ölüm hədələyirdi.

Sözünə ara verib bir az durdu, qarşısında olan şəkli götürüb üzünə baxdı. Onu öz duyğularından ayrmamaq üçün, yenidən sual vermədim. Elə bil məni də yaddan çıxarmış, bir nöqtəyə zilləmişdi baxışlarını. Yanağından süzülən bir cüt yaş damlaları çənəsində düyünlənib qaldı. Sanki o, bu yaşın süzülməsini belə hiss etmirdi. Otaqda yaranan sükut, elə bil çiyinlərimə ağır bir yük qoydu, amma bu mənzərənin yaratdığı duyğusal anlara mane olmamaq üçün, yerimdən tərpənməyə belə cürətim çatmırdı. O, əlindəki şəkli astaca qaldıraraq, dodaqlarına aparıb öpdü, asta-asta sinəsinə endirib ürəyinin üstündə sıxdı. Başını stola əyib hönkürtüylə ağladı. 

Gözümün qarşısına Bəxtiyarın Nərgizlə hər tənəffüsdə olan şirin söhbətləri düşdü. Kəndin işğalından sonra tək qalan Bəxtiyar, hər gün hər yerdə ailəsini axtarmışdı. altı nəfərlik ailə üzvünün birinin yaralanıb, beşinin girov düşdüyü, hələ də talelərindən xəbər olmadığı yaxınlarını unutmaq elə də asan deyil. Tədricən qəddini düzəldib üzümə baxdı, üzrxahlıq edib qolunu stolun üstünə qoyaraq biləyindəki güllə yerini göstərib sözünə davam etdi.


- Bəzən bu qoluma baxanda onu da bağışlamıram. Əgər qolum yaralanmasaydı, indi mən də onlarla bir yerdəydim. Mən onları kəndin işğalından sonra çox axtardım. Demək olar ki, hər gün Tərtər, Ağdam istiqamətlərinə gedirdim. Kimi görürdümsə, onları soruşurdum, dəli olmuşdum. Bir gün eşitdim ki, Tərtərə Marağadan bir erməni əsir gətirilib. Ora gedib, komandirdən xahiş elədim ki, məni onunla görüşdürsünlər. Məqsədimi bilən komandir mənə dedi ki, onunla üz-üzə oturmayım, ermənini məni görmədən dindirsinlər. O zaman həmin erməni əsiri dedi ki, Baş Güneyə 3 gün girə bilməyiblər. Sonradan kənddə camaatın olmadığını bilib, kəndə elə giriblər. Evlərdən toplanan qənimətləri kəndin mərkəzinə yığıb orda toplaşıblar. Həmin vaxt onların olduğu istiqamətdə atəş açılıb. Onlardan bir neçəsi məhv edilib. Erməni əsiri deyib ki, hücuma məruz qaldığıqlarını düşünüb, tez kömək çağırıblar, amma atəş tək bir tərəfdən gəlirmiş. Həmin yeri qumbaraatanlarla atəşə tutublar. Atəş kəsiləndən sonra, ora yaxınlaşanda əli avtomatlı bir qız olduğunu görüblər. Yumrusifət qara qız olub, yanında isə 3 qadın və bir kişi var imiş. Əsir deyirdi ki, onları guya onlara tələ qurmaq üçün orda saxlayıblar və xüsusi hazırlanmış olublar. Amma ermənilər onları “zərərsizləşdirə” biliblər. Bunları eşidəndən sonra həm hər şeydən əlimi üzdüm, həm də qürur duydum. İndi qızımın adını Nərgiz qoymuşam. Həyat yoldaşım onun adını çox zaman mənim yanımda çəkmir. Artıq 30 ilinə bir şey qalmayıb. Aradan ötən bu illər ərzində hər gecə onları düşünüb yatıram. Hər gün onların qoxusunu duymaq eşqi ilə, nəfəs alıram.

Düzü bu sözlərdən sonra nə deyəcəyini bilmir adam. Bəxtiyarın dediyi erməni əsirin etiraflarında “onlar xüsusi hazırlanmış adamlar idi” deməsi, bu tayfanın ən yaşlı insanlarımızdan belə qorxduğunu açıq bəyan edir. Bir düşmən nə qədər qorxaqdırsa, bir o qədər də əzazil olar deyiblər... 

Daşqın Güneyli 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı