“Düşmən hərbçiləri tankları vurulan kimi qaçmağa başladılar” Qəhrəman tankçılarımızla REPORTAJ

Cəmiyyət 18:11 16.02.2019
Hərbçilər arasında özünəməxsus zarafatlar və ixtisasi bənzətmələr var. Ən çox zarafat obyektinə isə tankçılar tuş gəlir. Deyilənə görə, bunun səbəbi onların həm kobud, həm də çox sərt olmalarıdır, amma bir o qədər də şən və deyib gülən olurlar. 

Hesab edirəm ki, bütün bu xarakterlərə yol açan səbəb elə tankın özüdür. Onlara gah ordunun dəmir filləri, gah piyadanın güvən yeri deyirlər. Onun tırtılının səsi səngərdə duran düşməni vahiməyə salmaya bilməz. Hətta “tankın tırtılı əzən yerdə əsgərə zaval yoxdur” deyirlər. 

Bu gün sizə tankdan və tankçılardan söhbət açacağıq. Özün də ən ön xətdə xidmət aparan tank bölmələrinin tank və tankçılarından. Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin tank bölmələri demək olar ki, cəbhənin ən məsuliyyətli və həssas bölgələrindən birində xidmət aparır. Onlar hər an baş verə biləcək düşmən təxribatının qarşısını qətiyyətlə almaq iqtidarındadır desək, yanılmarıq. Çünki, burada döyüş hazırlığının yüksək şəkildə təşkil olunması ilə yanaşı, şəxsi heyətin mənəvi-psixoloji durumu da arzuolunan vəziyyətdədir. 

Reportajımız qəhrəman tankçıların təlim-tədris işləri ilə eyni vaxta təsadüf edir. Əlbəttə ki, işlərinə mane olmadan gözləməli olduq. Həmin müddətdə isə müəyyən müşahidələrimizdən gəldiyimiz qənaət odur ki, burada güclü nizam-intizam və şəxsi heyət arasında əsl qardaşlıq münasibəti var. 


Tank komandiri Paşayev 2012-ci ildən tank bölmələrində xidmət edir. O, xidməti dövrü boyunca ekipaj komandiri olduğu hərbi texnikanın sirlərinə daha dərindən yiyələnir. Hətta komandir Paşayev aprel döyüşləri zamanı da digər silahdaşları kimi verilmiş döyüş tapşırığını layiqincə yerinə yetirib. 

Onun sözlərinə görə, tank bölmələrində xidmət aparmaq çətin və məsuliyyətli olduğu qədər də şərəflidir: “Mən tank bölmələrində xidmət etdiyimə görə fəxr edirəm. Gördüyünüz kimi biz burada təlim-tədris, həmçinin texnikalara zəruri texniki qulluq edirik ki, aprel döyüşləri zamanı öz gücümüzü və cəsarətimizi göstərərək vətənə olan borcumuzun bir zərrəsini ödədik. Lakin Ali Baş Komandanımızın döyüş əmri zamanı son mərmimizə, son damla qanımıza, son nəfəsimizə qədər şərəflə döyüşməyə hazırıq”.

Söhbət zamanı müsahibimiz Ermənistan və Azərbaycan tankçıları arasındakı fərqi də müqayisə etdi: “Mən texniki təchizatlar ya da təminatı misal çəkməyəcəyəm, bunlar hamısı göz önündədir. Mən sadəcə erməni tankçıların cəsarətini vurğulamaq istəyirəm. Onlar aprel döyüşləri zamanı cəsarətsiz və qorxaq olduqlarını göz önünə sərdilər. Yanlarında tank vurulan kimi dönüb döyüş bölgəsindən qaçmağa başladılar... Amma bizim tank bölmələri verilmiş tapşırığı layiqincə yerinə yetirdi və qəti şəkildə heç bir döyüşdən geri çəkilmədi. Ona görə də erməni tankçıları ilə bizim fərqimiz heç müqayisə predmeti ola bilməz...” 


Leytenant Azad Hümbətov tank taqımı komandiridir. Gənc olmasına baxmayaraq, mütəmadi təlimlər tankçı zabiti xidmət etdiyi sahənin peşəkarına çevirib.

“Ön xətdə yerləşən tank bölmələrində xidmət etmək qürurvericidir. Biz burada düşmən təxribatının qarşısını almaq üçün hər an ayıq-sayıq dayanmışıq. Bundan başqa biz mütəmadi olaraq atıcılıq və sürücülük təlimləri keçirik. Həmçinin bölmələrə gələn gənc əsgərlərin hərbi texnikaların sirrinə dərindən yiyələnməsinə səy göstəririk. Hazırda bölmələrdə olan ruh yüksəkliyinə özünüz şahidsiniz. Bu halı birbaşa üst komandanlığın bizə göstərdiyi diqqət və qayğı ilə əlaqələndirmək olar. İstər müasir texniki cihazlar, istərsə də digər təminatlar vaxtında çatdırılır, şəxsi heyətin digər qayğıları ilə maraqlanaraq yaranmış problemlərin dərhal aradan qaldırılması bölmənin döyüş ruhunu daha da yüksəldir”, - deyə o bildirib. 

Leytenant Hümbətov bir tankçı kimi ən böyük arzusunun üçrəngli dövlət bayrağımızı işğal altında olan Azərbaycan torpaqlarına daşımaq və orada dalğalandırmaq olduğunu söyləyib. Məhz bu arzu can bahasına başa gəlsə belə...

Elgün Gəncimsoy 
 
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı