Amerikalıların etibar etdiyi azərbaycanlı xanım

Cəmiyyət 21:35 18.02.2019

 

Amerikadakı azərbaycanlıların təsis etdiyi təşkilatların həyata keçirdiyi tədbirlərin mahiyyəti ilə yaxından tanış olduqca, bir məsələnin şahidi oluram. Bu qrumların əksəriyyəti icma, bir neçəsi isə formalaşmış təşkilat kimi fəaliyyət göstərir. Sanki icmaya bənzəyənləri yalnız daxili auditoriyaya hesablanıb. Yəni azərbaycanlıları bir araya gətirmək, milli, rəsmi bayramlarımızı birlikdə qeyd etmək, müxtəlif dərnəklər açıb yeni nəsil amerikalı soydaşlarımızı dil kurslarına, rəqs qruplarına cəlb etməkdən ibarətdir. Təşkilat kimi fəaliyyətdə olanları isə həm birinciyə xas olan tədbirləri həyata keçirir və həm də siyasi baxımdan Azərbaycanın amerikalılar arasında təbliği ilə məşğul olurlar. Haqqında söhbət açdığım İradə xanım Axundova kifayət qədər formalaşmış bir təşkilatın rəhbəridir…


Nəcib, kübar və geniş dünya görüşünə malik olan bu xanım Bakı şəhərində dünyaya gəlib. 1973-cü ildə 7 nömrəli orta məktəbi bitirib. 1975-1982-ci illərdə Azərbaycan Dövlət Universitetində, filologiya fakultəsinin qiyabi şöbəsində ali təhsil alıb. Eyni zamanda 1975-1985-ci illərdə AMEA-nın Giologiya institutunda çalışıb. 1986-1993-cü illərdə 20 nömrəli məktəbin rus dilli bölməsində azərbaycan dilini tədris edib. 1993-cü ildə həyat yoldaşının işi ilə əlaqədar İspaniyanın Madrid şəhərinə köçüblər və 1995-ci ilədək orada, sonra isə iki il də Səudiyyə Ərəbistanında yaşayıblar. 1997-ci ildən ABŞ-n Texas ştatının Hyuston şəhərində məskunlaşıblar…


…Atası Azərbaycan dili və ədəbiyyatı müəllimi olmuş Seyidəli Axundovun oğlu İbrahim Axundovdur. O, uzun illər 1 nömrəli Çörək Məhsulları Kombinatının direktor müavini vəzifəsində çalışıb. Anası isə Azərbaycan Demokratik Respublikasının yüksək çinli zabitlərindən biri, Şirəli Əliyevin qızı Elmira Əliyeva olub. O, evinin xanımı idi…


İradə xanım 2000-ci ildən 1976-cı ildə təsis olunan "Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Asossasiyası"na rəhbərlik edir. Hyuston Bakıyla yanaşı on yeddi müxtəlif ölkənin şəhərləri ilə də qardaşlaşıb. Bu təşkilat xeyli ictimai-siyasi tədbirlər həyata keçirib. Bu tədbirlərin hər biri ölkəmizin tanınmasına, Qarabağ probleminin amerikalılara çatdırılmasına, mədəniyyətimizin təbliğ olunmasına xidmət edib. Texas ştatının müxtəlif universitetlərində vətənimizin tarixinə həsr olunmuş konfranslar keçirib. Yunanıstan, İtalya, Türkiyə və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə baş tutan "Azərbaycan neftinin dünyada rolu" adlı konfransı da bu qəbildəndir. Bundan əlavə Hyuston şəhərindəki orta məktəblərdən birində ölkəmiz haqqında bir neçə dəfə fərqli filmlər nümayiş etdirilib. Bakıdan dəvət edilən şagirdlərlə Hyuston məktəblilərinin görüşü təşkil olunub. Bu şəhərdə böyüyən azərbaycanlı uşaqlar arasında şahmat yarışları keçirilib. "Qız qalası mənim gözümlə" rəsm müsabiqəsi də bu sıradadır. Bütün bunlara futbol yarışlarında dəfələrlə iştirak edən azərbaycanlı gənclərdən ibarət komandanı da əlavə etsək, bu təşkilatın gördüyü işlərin nə qədər vacib olduğunun şahidi olarıq…


…Ömür-gün yoldaşı Eduard Məmmədov kimya elmləri doktorudur. Uzun illər AMEA-nın Neft prosesləri institutunda şöbə müdiri vəzifəsində çalışıb. Qızı Nərminə xanım Texas Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib…


Fəaliyyətinin təkcə Hyustonla məhdudlaşmaması, daha da genişlənməsi üçün 2015-ci ildə "Azərbaycan Mərkəzi" adlı ikinci bir təşkilat yaradıb. Hər il "Novruz"da ziyafət təşkil edib, bayram süfrəsi açırlar. Həmin ziyafətlərdə şəhər rəhbərliyinin nümayəndələri də iştirak edirlər…
Xocalı soyqrımı ilə əlaqədar filimlərin nümayişi təşkil olunur. Bu tədbirlərdə "Bağlı qapı", "Müharibə uşaqları" və s. filmlər amerikalılara nümayiş etdirilir…


28 may müstəqillik günü də hər il qeyd olunan bayramların sırasındadır. ADR-in 100 illiyi ilə bağlı tədbir isə BMT-nin Hyustondakı şöbəsinin nümayəndəsinin iştirakı ilə keçirilib…


Deyir ki,- "Mən Azərbaycan aşiqiyəm. Öz xalqımı canım qədər sevirəm. Bacardığım qədər Azərbaycanı təbliğ edirəm. "…
Əsilzadələrə xas olan davranışı, yüksək mədəniyyəti və eləcə də səmimiyyəti ilə amerikalılar arsında böyük nüfuz qazanıb. Necə deyərlər, sözü eşidilir. Konqresmenlər, dövlət məmurları ona etibar edir, ona inanırlar...


Arzuları böyükdür, istəyir ki, "Azərkosmos"la "Nasa" arasında münasibət yaratsın. Bunun ölkəmiz üçün nə qədər faydalı olduğunu dilə gətirir. Bu yaxınlarda Hyuston Universitetində Azərbaycanla bağlı yeni bir konfrans keçirməyi planlaşdırır…


Zəhməti hədər getməyib, Amerika vətəndaşı olsa da Azərbaycan dövlətinin "Tərəqqi" medalına layiq görülüb…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
Hamısı