"Aprel döyüşləri də göstərdi ki, Vətənimiz Azərbaycanda igid oğullar yetərincədir"

Cəmiyyət 20:58 20.02.2019
Qış səhəridir. Yolumuz ön xətdə xidmət edən əsgərlərimizin yanınadır. Hava çox soyuqdur. Uzaqdan yorğun-yorğun görünən günəşin havanı isitməyə gücü çatmır. Hər nəsnədə qışın şaxtalı nəfəsi hiss olunur. Yolboyu dağları, dərələri, ecazkar təbiəti seyr edirəm. Radioda səslənən qürur dolu fikirlər azca keyimiş, mürgülü xəyallarımı qeyri-ixtiyari özünə çəkir. 

"... Dənizdə suyunun hər damlasını, yerdə isə torpağının hər qarışını gözünü qırpmadan, ürəyinin çırpıntısı ilə qoruyub, müdafiə edirsən. Qoruyursan ki, biz hər gün işə asanlıqla gedib gələ bilək, evimizdə rahat olaq, el-obamızda sülh içində yaşayaq. Qoruyursan ki, nurani qocalar rahat nəfəs alsınlar. Qoruyursan ki, südəmər körpələr firavan böyüsünlər. Biz sənin haqqını ödəyə bilmərik. Sən bizim məsuliyyətimiz, sən bizim başımız üstündə dalğalanan bayrağımız kimi fəxarət rəmzimizsən. Çünki qədimdən istilalara, zülmə, məşəqqətlərə sinə gərən 100 illik tarixə malik ordunun əsgərisən. Sən müstəqil, firavan, hürr yaşayan azad Azərbaycan əsgərisən." 

Bu fikirlər elə məğrur-məğrur deyilirdi ki, insan qəlbinə fövqəl hökmranlıq edirdi. Bütün təfsilatı və aydınlığı ilə sözbəsöz bu fikirləri kağıza yazmamaq mümkün deyildi. Həqiqətən, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuz həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də mənəvi-psixoloji cəhətdən qabaqcıl ordular sırasındadır. Bizləri sevindirən başlıca cəhətlərdən biri də ordumuzdakı qələbəyə köklənmiş yüksək əhval-ruhiyyədir. Bu, həm də düşmənə gözdağıdır. Ürəyi qisas hissi ilə alışıb yanan, torpaqlarımızı düşməndən azad etmək, şəhidlərimizin qisasını almaq istəyi ilə xidmət edən Azərbaycan əsgəri zərrə qədər şübhə yeri qoymur ki, cəsarət və hünərlə vuruşaraq tezliklə Azərbaycan bayrağını işğal altında olan torpaqlarımızda əzəmətlə dalğalandıracaq.


Cəsur oğullarımızın yanında, səngərdəyəm. Onlar gəlişimdən razılıqlarını ifadə edib, ürək sözlərini mənimlə bölüşürlər. Vətən müdafiəçiləri ilə söhbətdə aldığım zövqü, ruhumun rahatlığını heç yerdə tapa bilmirəm. Müsahiblərimdə olan Vətən sevgisini duyanda, vətənpərvərlik haqqında söylənilən fikirləri eşidəndə özümü xoşbəxt hiss edirəm. Danışmağa söz tapmıram bəzən, düşüncələrinə qulaq asıb kəlmə-kəlmə dəftərçəmə qeyd edirəm. Hamısı oxşar hisslər keçirirlər: Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. İlk həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elnur Musayevdir. "İnsanın məsləki də, amalı da Vətən sevgisindən başlanır. Dünyada Vətən məhəbbəti qədər müqəddəs, Vətən sevgisi qədər ülvi bir hiss yoxdur. Vətən müstəqillik rəmzidir. Mən Vətənimi bütün qəlbimlə sevirəm və onun uğrunda son damla qanıma qədər vuruşmağa hazıram. Hər kəs ona ayrılan ömür günlərini keçməklə, həyatında ona ayrılan vaxtı yaşayır. Mən həyatımın mənasını Vətənə xidmət etməkdə görürəm. Özümü dərk edəndən hərbçi peşəsinə marağım sonsuz olub. Silahdaşlarımızın, babalarımızın canı və qanı bahasına qorunan Vətən torpaqlarına keşik çəkməyi özümə müqəddəs borc bilirəm. Çünki Vətən bizlərə layiqincə yaşamaq, son ana qədər onu cəsarətlə qorumaq üçün əmanət edilib. Vətən qarşısında bütün həyatımı, bütün varlığımı borclu sayıram. Bu, təkcə mənim yox, mənim kimi bütün silahdaşlarımın amalıdır. 

2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Vətənimiz Azərbaycanda igid oğullar yetərincədir. Vətənin çağırışı, ürəklərinin hökmü ilə döyüşə atılan bu Vətən övladları doğma yurd, doğma torpaq uğrunda canlarından belə keçməyə çəkinmədilər. Ölümün gözünə dik baxan bu qəhrəmanlar şəhidlik zirvəsinə yüksələrək ölməzliyə qovuşdular. Onlar əsl qəhrəmanlıq və rəşadət göstərdilər. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır. Bizlər də hər an Vətənin keşiyindəyik, hər an canımızla, qanımızla onu müdafiə etməyə hazırıq”, - deyə çavuş Elnur Musayev bildirir.

Öz fikirlərini bölüşmək üçün əsgər Əbülfəz Mehdiyev söhbətə qoşulur: "Bütün gənclərimiz kimi mən də Vətənimizə, doğma ordumuza rəğbət və sevgi bəsləyirəm. Torpaqlarımızın bütövlüyü uğrunda tökülən qanlar, verilən canlar Vətənə olan sevgimi, bağlılığımı daha da artırır. "Əsgərlik əsl kişilik məktəbidir" fikrilə tam razıyam. Çünki hərbi xidmət mənə müsbət keyfiyyətlər aşıladı. O, keyfiyyətləri ki, mənə mülki həyatda da lazım olacaq. Xidməti dövrümün çox hissəsini geridə qoymuşam. Az müddətdən sonra tərxis olacam. Bu mənim üçün şərəfdir ki, xidmətimi düzgün təşkil edib ailəmin yanına qayıdacam. Əsgərlik illərinin tez bitməsinə sevinmirəm, sevinirəm ki, xidmətim müddətində komandir və əsgər dostlarımın hörmətini qazana bildim. Mən hər zaman Vətənimin əsgəriyəm". Söhbətimizin sonunda təcrübəli əsgər gənc əsgərlərə arzuladı ki, hər zaman nümunəvi xidmətləri ilə seçilsinlər: "Döyüş növbətçisi çıxanda qorxmasınlar, əksinə, nifrətləri daha da artsın. Burada hər kəsi özlərinə dost, qardaş bilsinlər. Çünki bura bir ailədir. Etiraf edim ki, mən artıq indidən gedəcəyimi düşünəndə kədərlənirəm. Onlara ən əsası arzu edirəm ki, Böyük Qələbəni xalqımıza yaşatsınlar".


Növbəti həmsöbətim əsgər Vahid Muradovdur.

- Azərbaycan əsgəri olmaq şərəfdir və daim bu şərəfi doğrultmağa çalışacağam, - Vahid deyir. - Hərbi xidmətə hələ təzə başlamışam. Lakin qısa zamanda çətinlik çəkmədən buradakı mühitə uyğunlaşdım. Hərbi hissəyə gəldiyim ilk gündən özümü ailəmdəki kimi hiss edirəm. Bir sözlə, hərbi hissə bizim ailəmiz kimidir və komandirlərimiz də valideynlərimiz kimi bizim qayğımıza qalırlar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində gündən-günə güclənən və inkişaf edən ordumuz var. Bu inkişafı mətbuatdan, televiziya və internetdən mütəmadi izləyirdim. Hal-hazırda hərbi xidmətdəyəm və bu inkişafı, uğurları görürəm. Azərbaycan əsgəri olmaqdan qürur hissi keçirirəm. Komandirlərimizin əmr və tapşırıqlarını vaxtlı-vaxtında və dəqiq yerinə yetirib nizamlı olmağa çalışırıq.

Əsgər Surət Məmmədzadə hərbi xidmətə Şəki rayonundan çağırılıb. - Hərbi xidmətin ən çox sevdiyim cəhətlərindən biri günün nizam qaydasıdır. Mülki həyatda olarkən nə vaxtında qidalanırdıq, nə yatıb-dururduq, nə də ki, idmanla gündəlik məşğul olurduq. Bir sözlə, heç də sağlam həyat tərzi keçirmirdik. Amma hərbi xidmətə gələndən günün nizam qaydasına uyğun olaraq vaxtlı-vaxtında yatmaq, qidalanmaq və gündəlik idmanla məşğul olmaq əsas vərdişlərimizə çevrilib. Hər gün daha da gümrahlaşdığını hiss edirsən. İndi daha güclü və sağlamam. Belə sağlam ruhla xidmət edir, hərbi biliklərə dərindən yiyələnirəm. Vəzifə borclarımı, silahımın sirlərini mükəmməl öyrənirəm. Hər an əsgər yoldaşlarımla Vətən qarşısında borcumu yerinə yetirməyə hazıram, - əsgər S.Məmmədzadə belə deyir.

Əsgər İzzət Həlimov düşməni məhv etməyə hər an hazır olduğunu deyərək, torpaqlarımızı göz bəbəyi kimi qoruduğunu bildirir:


- Döyüş növbəsində ayıq-sayıq dayanır, diqqətimi bir an belə düşməndən ayırmıram. Görməni məhdudlaşdıran çənli havalarda, gecə yarısında daha diqqətli olur, təhlükəli zonalara ciddi nəzarət edirəm. Düşmən atəşkəsi tez-tez pozur, lakin tez bir zamanda onları cavab atəşi ilə susdururuq. Biz onlardan qat-qat güclüyük. Hər kəs əmin olsun ki, burada inamla dayanmışıq. Düşmən bir qarış belə irəli gələ bilməz.

İzzətin sözləri bir daha göstərir ki, ordumuzda Vətənini, xalqını, millətini sevən, torpaqlarının azadlığı uğrunda canından keçən mərd oğullar xidmət edirlər. Vətən sevgisindən, vətənpərvərlikdən güc alan cəsur oğulların hər biri mövqelərimizi inamla qoruyur.

- Əsgəri formanı geyinib sırada dayandığım ilk gündən arzum döyüş postunda xidmət etmək olub. Bunun üçün keçirilən məşğələlərdə daha məsuliyyətli və aktiv olurdum ki, bacarıqlı əsgər kimi formalaşım. Silahımın taktiki-texniki xüsusiyyətlərini, ondan düzgün istifadə etməyi, sərrast atəş açmağı mükəmməl öyrənmişəm. İstənilən an düşməni məhv etməyə hazıram. Əgər döyüş əmri gələrsə, döyüş meydanında şücaət göstərib, düşməni doğma torpaqlarımızdan qovmaq üçün son damla qanıma qədər döyüşəcəyimə əmin ola bilərsiniz, - əsgər Elgiz Cəlilov deyir.

Ön xətdə xidmət edən silahdaşlarımızda bu qətiyyəti görəndə heyrətimi gizlədə bilmirəm. Ürəyi Azərbaycanla döyünən hər kəs inanır ki, ordumuz Ali Baş Komandanımızın "İrəli" əmriylə tezliklə işğal olunan torpaqlarımızı azad edərək, öz uğurları ilə bütün dünyaya səs salacaqlar. Ermənilər üzərindəki Böyük Qələbədən, zəfərdən sonra düşmənin xarabazarlığa çevirdiyi digər yaşayış məntəqələrimizin abadlaşdırılması, məcburi köçkünlərimizin bu abadlaşdırılmış yerlərə köçmələrinə çox qalmayıb. Bu torpaqlar bizimdir, bizim olaraq da qalacaq...

Samir Hüseynov, "Azərbaycan Ordusu"
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Hamısı