Şuşada anadan olub, ABŞ-da yaşayan iş adamı FOTOLAR

Cəmiyyət 19:15 22.02.2019
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat deyil, 24 yaşında Amerika kimi nəhəng bir dövlətə gələsən və çox qısa zamanda uğur qazana biləsən. Əvvəlcə elə düşündüm ki, hansısa super imkanlı ailənin övladıdır. Kimliyinə bələd olduqca gördüm ki, sadə, zəhmətkeş bir ailədə böyüyüb. Atası Sadiq İbrahimov Şuşa Musiqi Kollecində müəllim işləyir.
 
Deyir ki, - "Mən Amerikaya təzə gələndə Vaşinqton hava limanında təsadüfən bir yaşlı amerikalı ilə eyni skamyada oturmuşduq. Yeni gəldiyimi bilib bir neçə məsləhət verdi. Onlardan biri bu idi: - Amerika elə bil insanla dolu bir otaqdır. Burada hamı dayanmadan yumruq atır. Gərək sən də o otağa girəndən çıxanadək yumruq atasan ki, zərbələrdən yıxılmayasan. Bir də addım-addım getməyə çalış. Sonda görəcəksən ki, artıq yüyürürsən. Nə edirsən elə, ancaq təslim olma". 



Haqqında söhbət açdığım Pənah İbrahimov 1985-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 2002-ci ildə orta təhsilini Bakıda başa vurub. Həmin il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub. 2006-cı ildə orada iqtisadçı ixtisasına yiyələnib. Üç il müxtəlif maliyyə qurumlarında, sığorta şirkətlərində çalışıb. 2009-cu ildə ABŞ-a, Vaşinqtona gəlib. 2009-2011-ci illərdə Strayer Universitetində biznesin idarə edilməsi üzrə təhsil alaraq magistr dərəcəsinə (MBA) yüksəlib. 

2010-cu ildə mebel və təmir tikinti işləri ilə məşğul olan iki şirkət açıb. 2013-cü ildə şirkətləri birləşdirərək "FACE" şirkətlər qrupunu yaradıb. Şirkət indiyədək Vaşinqton, Merilənd və Virciniya ştatlarında neçə-neçə 32 və 54 mənzilli 6 mərtəbəli binalar, eləcə də 70-dən yuxarı fərdi evlər tikərək təhvil verib. 200-ə yaxın işçisi var. 

İki qızı var. Böyük qızı Fatimə 8, ikinci qızı Selin isə 5 yaşındadır. 



On ilə yaxındır ki, idmanın taekvando növü ilə məşğul olur. Qış aylarında xizəksürmə idman növünə xüsusi üstünlük verir. Asudə vaxtlarında musiqi dinləməyi, mütaliəni çox xoşlayır. 

Deyir: "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var. Əgər Azərbaycandakı həyat tərzini burada da davam etdirmək niyyətindədirlərsə, gəlməsinlər. İnsan yüksək bir dağ zirvəsinə qalxmamışdan əvvəl özünü necə səfərbər edirsə, gələrkən burada qarşılaşa biləcəkləri bütün çətinliklərə hazır olmalıdırlar". 

Bir neçə mükafata layiq görülüb. Sonuncu dəfə təltif olunduğu "BHS" araşdırmalar təşkilatının - "Ölkələr arası ən yaxşı iş adamı" - mükafatıdır. 



Arzuları çoxdur. İstəyir ki, şirkəti ABŞ-ın bütün ştatlarını əhatə etsin, onun Azərbaycanda filiallarını açsın, ölkəmizin iqtisadiyyatına töhvələr versin. 

Şuşanı tez-tez xatırlayır. Ən çox da Cıdır düzünü, bazarın ətrafı yadına düşür. Hər il iki-üç dəfə vətəni ziyarət etməsə özünü pis hiss etdiyini, ciddi narahat olduğunu söyləyir. 

Azərbaycan səfirliyinin həyata keçirdiyi bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edən bu gənc soydaşımızdan ayrılarkən, dilimdən bu kəlmələr qopdu: - Allah yolunu açıq etsin, qardaşım! 
 
Elman Eldaroğlu, 
ABŞ, Miçiqan 
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Hamısı