Biz bu dəhşətli aktın qisasını öz əməlimizlə alacağıq Rektor

Cəmiyyət 17:35 23.02.2019

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi və Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib.

Eurasia Diary xəbər verir ki, ADU-nun rektoru akademik Kamal Abdulla Xocalı soyqırımının əbədi olaraq yaddaşımızda qalacağını deyib.

“Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Əslində, Xocalı böyük SOS işarəsidir. “Faşizm bu gün nədir?”, “Qaniçənlik bu gün nədir?”, “Vəhşilik bu gün nədir?” sualına cavab axtarmaq istəyən dünya bu gün Xocalı hadisəsi ilə buna qiymət verə bilər. Artıq qiymət verir. Çünki Ulu öndərin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verildi. O zamankı Azərbaycanın fərsiz hakimiyyəti və ondan da fərsiz müxalifətinin görə bilmədikləri və insanları vəhşiliklə üz-üzə qoyub, qaçıb gizlənmələri siyasi oyunlardan xəbər verirdi. Amma bədəlini adi insanlar, qocalar, qadınlar, uşaqlar ödədilər. Bu gün dünya Azərbaycan həqiqətlərinə daha çox inanır. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, qarşıdurmanın nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. “Xocalıya ədalət” layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır. Biz Xocalının intiqamını alacağıq, kimimiz hərb meydanında, kimimiz tələbə kimi auditoriyada, müəllim kimi iş otağında, fəhlə kimi dəzgahının arxasında, həkim kimi xəstəxanasında alacaq. Öz işimizdəki peşəkarlığımızı artırmaqla Xocalının intiqamı alınacaq. Biz həm intellektual, həm də bilik, dünyagörüşü nöqteyi-nəzərdən ermənilərdən üstün olduğumuzu sübut edəcəyik. Biz bu gün yalnız öz ömrümüzü yaşamırıq, Xocalıda vəhşicəsinə qətlə yetirilmiş insanların da ömrünü yaşamağa məcburuq. Azərbaycan bir daha belə bəlaya heç vaxt düşməyəcək, çünki Azərbaycan xalqı, milləti var, Prezidenti var”, - rektor bildirib.

Tədbirdə ADU tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımov “Xocalı qırğını Azərbaycan tarixində faciə kimi”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “Xocalı soyqırımının siyasi təhlili və politoloji aspektləri”, Qafqazşünaslıq kafedrasının müəllimi Ramin Quluyev “Xocalı faciəsi şahidlərin yaddaşında” mövzusunda çıxış ediblər, Xocalı Hava Limanı xətt polis bölməsinin döyüşçüsü Nazim Hacıyev isə şahidi olduğu hadisələri danışıb.

Millət vəkili Sədaqət Vəliyeva, 1992-ci ilin may ayında Şuşada, 1993-cü ilin oktyabr ayında Naxçıvanda gedən döyüşlərin iştirakçısı, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Faiq Kərimov, Xocalı sakini, şəhid ailəsinin üzvü, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev, 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, Psixologiya kafedrasının dosenti Əzim Əliyev Xocalı soyqırımı, dinc əhaliyə qarşı törədilən amansızlıqlar haqqında fikirlərini bölüşüblər.

Xocalı sakini, 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva isə əsirlikdə olduğu müddətdəki acı xatirələrindən söz açıb.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Hamısı