Azərbaycanlı milyarderdən Fuad Abbasova dəstək Zirehli maşınını təklif etdi

Cəmiyyət 13:50 23.02.2019

"Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun Prezidenti Fizuli Məmmədov ermənilərin təzyiqinə məruz qalan jurnalist Fuad Abbasovla bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Eurasia Diary BAKU.WS-ə istinadən həmin müraciəti olduğu kimi təqdim edirik: 

"Hörmətli həmvətənlər!

Yəqin ki, əksəriyyətiniz tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun həmin axşamkı birbaşa efirini izləmisiniz. Ermənilər onu millətlər arasında ədavəti qızışdırmaqda təqsirləndirərək, ona qarşı cinayət işinin başlanması tələbilə imza toplayırlar. Bizim mənfur qonşular həm də Fuadı "Facebook" sosial şəbəkəsindən və "Youtube" videobloqundan sıxışdırıb çıxarmaq üçün kampaniyaya başlayıblar. Onlar Fuadın "Facebook" səhifəsini və "Youtube" kanalını bağlamaq istəyirlər. Ermənilər onun bu internet resurslardakı materiallarını da blok etmək üçün kampaniya start veriblər. Bundan başqa, onlar hətta Fuad Abbasovun ünvanına açıq təhdidlərə keçiblər.

Çox təəssüf ki, Fuad Abbasovun təqibində həmçinin bizim bəzi həmvətənlərimiz də iştirak edirlər. Öz tanınmış həmvətənlərinə dəstək vermək yerinə bəzi azərbaycanlıların onun ünvanına olan hədələrə qoşulduğunu eşitmək mənə çox ağırdır. Bu hədələrlə bağlı olaraq mən Fuad Abbasova öz zirehli avtomobilimi və mühafizəçilərimi təklif etdim, lakin o imtina etdi. Buna baxmayaraq, mən bundan sonra da ona mənəvi, hüquqi və maddi dəstək göstərməyə hazıram.

Lakin, bəzi şeylər var ki, mənim təkbaşına gücüm çatmır. Bu Fuad Abbasova olan ümumxalq dəstəyidir. Hesab edirəm ki, belə bir kritik məqamda hər bir əsl azərbaycanlı vətənprəvər ona mənəvi dəstək nümayiş etdirməlidir. Bütün dünyadakı həmvətənlərimizi "Facebook" və "Youtube"da Fuad Abbasova dəstək kampaniyasına başlamağa çağırıram.

Bundan əlavə, Rusiyada, ilk növbədə isə Moskvada dərhal ona dəstək məqsədilə imza toplamalıyıq. Ermənilərin ona qarşı imzalarından daha çox imza toplaya bilməyimiz üçün Fuad Abbasova dəstək kampaniyamız çox fəal olmalıdır.

Fuad Abbasovun həbsi azərbaycan xalqına və bütün türk dünyasına əsl zərbə ola bilər. Bizim haqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq. Biz mütəşəkkil və kütləvi şəkildə tanınmış jurnalist həmvətənimizin hüquq və maraqlarını qorumalıyıq. Bu gün Fuad Abbasov rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir. O davamlı və çox effektiv şəkildə Azərbaycan və Türkiyənin milli maraqlarını müdafiə edir. Buna görə də bütün həmvətənlərimizi mümkün olan bütün hüquqi metodlarla Fuad Abbasova dəstək verməyə, onun həbsinə, o cümlədən "Facebook" səhifəsinin və "Youtube" kanalının bağlanmasına imkan verməməyə çağırıram".

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Hamısı