Nyu-Yorkda yaşayan vətənpərvər xanım Ağdamdan başlayan yol

Cəmiyyət 15:10 23.02.2019
Onun haqqında ilk dəfə Nyu-Yorkda yaşayan əməkdar artist Telman Cəlilovdan eşitmişdim. Azərbaycan naminə gördüyü işləri çox yüksək qiymətləndirirdi. Nəhayət ki, bu vətənpərvər xanımla görüşümüz baş tutdu.
Deyir: "Amerikaya gəlmək istəyən hər kəsə bir tövsiyəm var- gələndə Vətən sevgisini də ürəklərində gətirsinlər. Yalnız bu sevgi onlara və özlərindən sonra gələn xələflərinə milli kimliklərini unutmağa imkan verməyə bilər". 



Haqqında söhbət açdığım Zəminə xanım Mirhadiyeva Ağdam rayonunda dünyaya gəlsə də Bakıda böyüyüb. 1967-ci ildə 7 nömrəli orta məktəbi bitirib. Bir il fasilədən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1974-cü ildə oranı jurnalist ixtisası ilə başa vurub. Eyni zamanda kiçik yaşlarından 64 və 100 xanalı beynəlxalq dama üzrə idman növü ilə məşğul olub, məşqçi kimi də fəaliyyət göstərib. Bir müddət Teleradio şirkətində, "İdman xəbərləri"ndə müxbir işləyib. 1988-ci ildə "Azərbaycan Qadınlar Şurası"na üzv olub. Bu təşkilatın xətti ilə bir sıra xeyriyyə layihələrini həyata keçirib. 20 yanvar hadisələrində və eləcə də Qarabağ döyüşlərində yaralananlara dava-dərmanla yardım edib. Bu məqsədlə şəxsi vəsaitindən həmin təşkilata 9000 manat pul da köçürüb. O vaxtlar Özbəkstanda yüksək vəzifədə çalışan qardaşı Elman İbrahimovun ölkəmizə təmənnasız göndərdiyi dərmanların müxtəlif xəstəxanalara çatdırılmasında yaxından iştirak edib. 



"O vaxtlar Azərbaycanın çox çətin günləri idi. Özüm şəxsən xəstəxanalara gedir, tələb olunan dərmanların adlarını öyrənir, rəhmətlik qardaşım Elmana xəbər edirdim. O da qısa zamanda həmin dərmanları öz şəxsi vəsaiti ilə alır və beynəlxalq yük daşıyan avtomobillərlə bizə göndərirdi" - həmsöhbətim deyir.

2000-ci ildən ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində yaşayır. 2005-ci ildə "Azərbaycan Nyu York Assosasiyası"nı yaradanlardan biri olub. Hazırda həmin təşkilatın vitse-prezidentidir. Təşkilat indiyədək xeyli işlər görüb. Hər il yanvarın 20-də məsciddə ehsan süfrələri açır, bu faciəylə bağlı kitablar sərgiləyirlər. Xocalı soyqrımı günündə isə "erməni missiyası" adlandırılan inzibati binanın, eləcə də "BMT"-nin qarşısında üçrəngli bayrağımız və plakatlarla piket keçirirlər. Hər dəfə mayın 28-də, turistlərin bol olduğu yerdə, məşhur Vol Strit-də, təşkilatın səyi nəticəsində bayrağımız on gün dalğalanır. Novruz, həmrəylik günü bayramlarında restoran kirayələyib şənliklər təşkil edirlər. Üzeyir Hacıbəylinin hər doğum günündə çay süfrəsi açıb, dahi bəstəkarın musiqilərini dinləyir, sevgi dolu çıxışlarla onu yada salırlar. 



Tədbirlərdə vaxtaşırı Bruklinin meri Erik Adams da iştirak edir. Yeri gəlmişkən, bu günlərdə Xocalı soyqrımı günü ilə əlaqədar növbəti dəfə BMT-nin qarşısında piket keçirməyi planlaşdırırlar. 

Çox adamlara əl tutub. Buraya onu deyib gələn soydaşlarımıza maddi yardım edərək kirayəyə ev də tutub, bəzilərinin cibinə xərclik də qoyub, iş də tapıb. Təşəkkür edəni də olub, özünü o yerə qoymayanı da. 

Amma heç vaxt narazılıq etmir. Bunu insanların xasiyyəti, tərbiyəsi ilə əlaqələndirir. 



Deyir ki, - "Ən gözəl biclik düzlükdür. Əməli saleh adam dünyanın harasına getsə işi avand olar. 

Amerikalıların belə bir kəlamı var - "Dürüstlük ən yaxşı siyasətdir". 

Ömrünün kamillik dövrünü yaşayan, bu müdrik, ürəyi Azərbaycan sevgisi ilə dopdolu olan xanımın böyüklüyünə heyran qaldım. 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı