Şikayətçilər prezidentdən yardım istədi - Bank standart problemi davam edir | Eurasia Diary - ednews.net

19 Mart, Çərşənbə axşamı


Şikayətçilər prezidentdən yardım istədi - Bank standart problemi davam edir

Cəmiyyət A- A A+

Dünən saat 13:00 radələrində Bank standartın 30-a yaxın əmanətçisi Prezident Administrasiyasının qarşısına toplaşıb. Vətəndaşlar 2016-cı ildə lisenziyası geri çağırılan Bank Strandarta qoyduqları əmanətləri artıq üç ildir ki, ala bilmədiklərindən şikayətləniblər.

 

Əmanətlərini geri ala bilməyən vətəndaşlar məhkəməyə müraciət ediblər, lakin məhkəmənin qərarına görə yalnız əmanətlərini sığortalayan əmanətçilər banka qoyduqları vəsaiti geri ala bilərlər. Bu qərar da təbii ki, əmanətlərini sığortalamayan vətəndaşlarda ciddi narazılığa səbəb olub.

 

Ednews-a verdiyi müsahibədə, şikayətçilərdən biri olan Arzu Əsgərova bankın bağlanması barədə qeyd edib ki, “Bank Standart bağlanıb. Bəs əmanətlərimizin bərpası hara getdi? Biz üç dəfə məhkəməyə müraciət etmişik, ancaq ədalətli qərarlar verilməyib”. A. Əsgərovanın sözlərinə görə, o, heç bir əmək qabiliyyətinə malik deyildir, işsizdir, banka yatırılan məbləğin qaytarılmasına ümid edir.

 


Digər bir şikayətçi Larisa Polezayeva İngiltərədəki işlərindən qazandığı 50 min dolların Bank Standartdan yoxa çıxdığını bildirib. "Məhkəmələr bizim şikayətlərimizi əmanətlərin sığortalanmaması bəhanəsiylə rədd edir. Əgər Bankın Hesablarında heç bir vəsaiti yoxdursa, bina və digər əmlaklarını satsınlar və əmanətlərimizi qaytarsınlar”.

 

Aksiyada iştirak edən vətəndaşlardan biri də Qarabağ qazisi, təqaüddə olan polkovnik Ayaz Məmmədov olub. Onun sözlərinə görə artıq 3 ildir ki, onlar məhkəmələrə gedib-gəlir, ancaq hələ də öz haqları olan pulları ala bilmirlər.

 

Aksiya keçirən vətəndaşları administrasiya nümayəndələri qəbul edib. Onlara məsələnin ciddi şəkildə tətqiq edildiyi və onlardan başqa 10 min vətəndaşın bu cür problemlə qarşılaşdığı söylənilib.

 

Qeyd edək ki, 3 il əvvəl bağlanan Bank Standartda qaytarılmamış 45 min yerli və xarici fiziki şəxslərə aid olan 757 milyon manat əmanət qalıb. Aksiyaçılar da bu məsələnin prezidentin şəxsi nəzarətinə götürməsini xahiş edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...