“Rus məktəbləri barəsində təsəvvürlər mifdir, sən demə...” | Eurasia Diary - ednews.net

19 Mart, Çərşənbə axşamı


“Rus məktəbləri barəsində təsəvvürlər mifdir, sən demə...”

Cəmiyyət A- A A+

“Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır”.

Bu sözləri sosial şəbəkə hesabında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib. O, rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırıb:

“Rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm! Fikrimcə, mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus məktəblərinə qarşı cazibəni bir az azalda bilər! Sən demə , indi rus məktəblərinin Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlər mifdir!Keçmiş sovet dövründən qalan illüziyadır!Yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir! Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır!”

Rəşad Məcid bildirib ki, Bakının ən çox tələbə adını qazanan  məktəbləri arasında rus orta təhsil müəssisələrinin adı yoxdur:

“Heç Bakının ən çox tələbə adını qazanan məzunları olan 5 ən yaxşı məktəbi sırasında da rus məktəblərinin adı yoxdu!

Ona görə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər səhv qərar verir, övladlarının gələcəyini indidən riskə atmış olurlar!”

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...