Daşkəsən rayonunda qarlı hava müşahidə olunur.
Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, ötən axşam rayon ərazisinə yağan sulu qar səhər saatlarından etibarən qarla əvəzlənib.
Havanın temperaturu aşağı düşüb. Hazırda qar yağmaqda davam edir.
Müvafiq qurumlar tərəfindən yollar təmizlənib.