Çikaqoda yaşayan azərbaycanlı müəllim

Cəmiyyət 09:15 25.03.2019

Evi sanki balaca bir Azərbaycandır. Üç rəngli bayrağımızdan tutmuş, rəsmlərə, süvenirlərə kimi vətənimizi tərənnüm edən hər nə desən burada qarşına çıxacaq. Mətbəxində daima milli təamlarımızı hazırladığına görə evin qoxusu da adama doğma gəlir. Sanki Amerikada yox, elə Azərbaycandasan. Bəli, o, özünə burada balaca bir vətən yarada bilib...

Haqında söhbət açdığım Gülnarə xanım Əliyeva Bakıda dünyaya gəlib. 1978-ci ildə 60 nömrəli orta məktəbi bitirərək indiki Bakı Musiqi Kollecinə qəbul olunub. 1982-ci ildə oranı piano müəllimi ixtisası ilə başa vurub. 1983-cü ildə ailə qurduğundan bir il heç yerdə işləməyib. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə hərəkəti kafedrasında konsertmestr vəzifəsinə təyin olunub. Orada çalışa-çalışa 1992-1998-ci ilərdə həmin universitetin qiyabi şöbəsində ali təhsil alıb və oranı bitirən kimi Amerikaya köçüblər. Buraya gəldikdən sonra on il uşaq bağçasında tərbiyəçi-müəllim işləyib. 2008-ci ildə tələb olunan imtahanları verdikdən sonra Azərbaycandan gətirdiyi ali təhsil diplomunu təsdiq etdirib. Elə o vaxtdan da ibtidai məktəbdə əcnəbi şagirdlərə ingilis dilindən dərs deyir. Bununla yanaşı evində piano kursları açaraq amerikalı yeniyetmələrə bu musiqi alətinin sirlərini öyrədir. Ara-sıra özü də musiqi bəstələyir. Bu artıq onun hobbisinə çevrilib...

…Ömür-gün yoldaşı Fərhad Əliyev ixtisasca həkimdir. Hazırda hospitallardan birində UZİ həkimi işləyir. İki övladı var- Aydın və Günay xanım. Hər ikisi ali təhsillidir. Aydın Hollivudda yaşayıb çalışır, prodüsserdir, öz musiqi studiyası var. Günay xanım isə tibbi cihazların satışı üzrə bizneslə məşğul olur. Hər ikisi bir sıra xarici dillərlə yanaşı azərbaycan dilində də mükəmməl danışa bilirlər…

Deyir ki,- "Amerikaya gənclər gəlsə daha yaxşı olar. Onlar yaşlı adamlara nisbətən buraya tez uyğunlaşırlar. İngilis dilini bilmədən, Amerika təhsili almadan burada çox çətin olur. Saatı on-on beş dollara işləməklə heç bir nəticə əldə etmək mümkün deyil. Gərək yaxşı yerdə işləyəsən ki, rahat yaşaya biləsən"…

Azərbaycanı canı qədər əziz bilir, fəxr edir ki, azərbaycanlıdır. Çikaqoda ölkəmizlə bağlı keçirilən tədbirlərin əksəriyyətinin iştirakçısı olub. Vaxtaşırı Bakıya getməsə özünü narahat hiss edir. Arzularını dilə gətirib söyləyir ki,- "Övladlarım yüksək təhsilə yiyələnib, necə deyərlər, hər birinin işi-gücü var. Bircə qalıb onların toyunu görmək və nəvə-nəticə sahibi olmaq"…

Bəli, bir ana kimi azərbaycanlı anaları uzaq ölkədə təmsil edən bu mehriban, gülərüzlü xanımı dinlədikcə Amerikaya gələndə arxamca su atan öz anam yadıma düşdü. Allah bütün Azərbaycan analarını arzularına çatdırsın və övladlarının xoş günlərini görməyi onlara nəsib etsin!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı