Peşə təhsili müəssisələrində buraxılış imtahanı yeni qaydada keçiriləcək

Cəmiyyət 13:10 12.04.2019

Peşə təhsili müəssisələrində buraxılış imtahanı yeni qaydada keçiriləcək

Təhsil Nazirliyinin Kollegiyası “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nı təsdiqləyib.

Eurasia Diary-nin məlumatına görə, Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.

Qaydaya əsasən, peşə təhsili pilləsində təhsilalanların attestasiyası məqsədi ilə cari, aralıq və yekun qiymətləndirmə (attestasiya) keçirilir. Cari qiymətləndirmə tələbənin təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə qarşıya çıxan çətinlikləri müəyyən edib, aradan qaldırmaq məqsədi ilə aparılır. Cari qiymətləndirmə zamanı tapşırıqvermə, müsahibə və müşahidə (tələbələrin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur. Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur. Bu nəticələr barədə “Tələbə kitabçası”nda və “Müəllimin (təlim ustasının) cari qiymətləndirmə dəftəri”ndə yazılı qeydlər aparılır.

Aralıq qiymətləndirmə təhsil proqramında (kurikulumda) hər bir modul və onun tərkib hissəsi olan təlim nəticələrinin tədrisinin sonunda təhsilalanların əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən olunması məqsədilə aparılır. Aralıq qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur. Aralıq qiymətləndirmə iki hissədən  - modulların tərkib hissəsi olan təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi və modulun tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsindən ibarətdir. Təlim nəticələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi 1 dərs saatı ərzində aparılır. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramı (kurikulum) üzrə tətbiqi bacarıqları yoxlamağa xidmət edir və istehsalat təliminə ayrılan vaxt hesabına aparılır. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi təhsil proqramının (kurikulumun) tərkib hissəsi olan hər bir modulun sonunda peşə təhsili müəssisəsində yaradılan Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın nəzarəti ilə təhsilverən(lər) tərəfindən aparılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiya peşə təhsili müəssisəsi tərəfindən tədris-istehsalat işləri üzrə direktor müavininin və yaxud baş ustanın rəhbərliyi ilə işəgötürən müəssisə və təşkilatların 1 nəfər nümayəndəsi, sahə üzrə 1 nəfər mütəxəssis və ixtisas üzrə modulları tədris edən pedaqoji işçilərdən ibarət tərkibdə yaradılır. Səriştələrin qiymətləndirilməsi üzrə komissiyanın tərkibi peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Modulların tədrisi üzrə əldə edilmiş səriştənin qiymətləndirilməsi üçün tapşırıq təhsilverən tərəfindən hazırlanır, metodiki komissiyada müzakirə edilir və peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. Aralıq qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5)  ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. Aralıq qiymətləndirmədə təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir. Aralıq qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən tələbənin həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur və o yekun qiymətləndirməyə buraxılmır.

Yekun qiymətləndirmə təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə istehsalat təcrübəsinin sonunda keçirilir. Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur. Yekun qiymətləndirmə iki hissədən  -  ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsi  və dövlət buraxılış imtahanının keçirilməsindən ibarətdir. İxtisas (sınaq) istehsalat işləri təhsil proqramına (kurikuluma) uyğun olaraq istehsalat təcrübəsinin son ayı ərzində yerinə yetirilir. Bir tələbənin ixtisas sınaq işi ən çox 8 saat ərzində qiymətləndirilir. İxtisas (sınaq) istehsalat işlərinin siyahısı və məzmunu işəgötürənlərlə razılaşdırılmaqla peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. İxtisas (sınaq) istehsalat işlərinin təşkili, keçirilməsi və qiymətləndirilməsi məqsədilə tədris-istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında peşə təhsili müəssisəsi tərəfiindən  İxtisas (sınaq) istehsalat işləri üzrə komissiya yaradılır. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları, istehsalat təcrübəsi keçirilən müəssisənin 2 nəfər nümayəndəsi daxil edilir. İxtisas (sınaq) istehsalat işləri tədris emalatxanalarında, tədris istehsalat və təsərrüfat sahələrində də yerinə yetirilə bilər. Ixtisas (sınaq) istehsalat işini qiymətləndirərkən tapşırığın yerinə yetirilməsinin son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi və başqa göstəricilər), habelə işin planlaşdırılması, iş yerinin təşkili, iş üsullarının düzgün yerinə yetirilməsi, qabaqcıl metodların tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərin istifadəsi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, elektrik enerjisinə və materialIara qənaət üzrə təhsilalanların bacarıq və vərdişləri nəzərə alınır. İxtisas (sınaq) istehsalat işinin nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. İxtisas (sınaq) istehsalat işində tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.

Dövlət buraxılış imtahanı təhsilalanın ixtisasa dair bilik və bacarıq səviyyəsinin yekun qiymətləndirilməsidir. İmtahan təhsil proqramına (kurikuluma) uyğun olaraq ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsindən sonra 2 həftə ərzində keçirilir. İmtahan 3 saat ərzində aparılır. İmtahana təhsil proqramı (kurikulum) üzrə tam kursu bitirmiş və ixtisas (sınaq) istehsalat işini müvəffəqiyyətlə yerinə yetirənlər buraxılır. İmtahan peşə təhsili müəssisəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Dövlət Attestasiya Komissiyası  tərəfindən keçirilir. DAK-nın tərkibi peşə təhsili müəssisəsinin direktoru, tədris istehsalat işləri üzrə direktor müavini, müvafiq peşə istiqaməti üzrə 1 nəfər işəgötürənlərin nümayəndəsi, 1 nəfər sahə üzrə mütəxəssis, ixtisası tədris edən ixtisas fənn müəllimlərindən ibarət formalaşdırılır. İşəgötürənlərin nümayəndəsi DAK-ın sədri təyin olunur. DAK-ın tərkibi Agentlik tərəfindən təsdiq edilir. DAK təhsilalanların imtahan suallarına cavabı və yerinə yetirilmiş istehsalat (sınaq) işlərinin qiyməti əsasında təhsilalanları yekun qiymətləndirir. DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərməklə peşə  təhsili haqqında diplom və ya sertifikat verilir. Yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar bu Qaydaya uyğun olaraq peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1  dəfə olmaqla növbəti 2  il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər. Yekun qiymətləndirmədə iştirak etməyənlərə Nazirlər Kabinetinin təsdiq etdiyi  “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı