Bakının 321 nömrəli tam orta məktəbinin yıxılaraq xəsarət alan şagirdi xəstəxanadan evə buraxılıb.
Eurasia Diary məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisi deyib ki, araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək.
***
Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.
Eurasia Diary-nin ONA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.