Ordumuzun ən yaxşı aşpazı - VİDEO | Eurasia Diary - ednews.net

24 Aprel, Çərşənbə


Ordumuzun ən yaxşı aşpazı - VİDEO

Cəmiyyət A- A A+

Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 2019-cu il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.

Kult.az xəbər verir ki, yarışlar bölmələrdə xidmət edən aşpazların praktiki təcrübələrinin təkmilləşdirilməsi, yeməkxanaların nümunəvi vəziyyətdə saxlanılması, yeməklərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə keçirilib.

Üç mərhələdə keçirilən yarış vaxtı qidanın düzgün hazırlanmasına, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normalarına, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsinə, xüsusi geyimin təmizliyinə, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsinə və digər amillərə xüsusi diqqət yetirilib.

“Ən yaxşı hərbi aşpaz” adı uğrunda keçirilən yarışın yekununda qaliblər müəyyən edilərək mükafatlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...