“Diqlas”ı bu gündən sökməyə başlayırlar

Cəmiyyət 10:35 16.04.2019

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərərçəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. Ötən həftə yaradılmış İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərərçəkmiş sahibkarın bank hesabına 1360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi “Kapital Bank” və “Turan bank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Ötən həftə ərzində sahibkarların yanğın baş vermiş ticarət mərkəzinin anbarından yanmayan mallarının çıxarılması prosesi həyata keçirilib. Ümumilikdə 200-dən çox sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.

İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla da təmin olunublar.

“Yeni Müsavat”ın reportyor qrupu olaraq ticarət mərkəzinin qarşısına yollanıb, mövcud durumla maraqlandıq. Öyrəndik ki, ötən həftə anbarların boşaldılması prosesi tamamilə yekunlaşıb. Ticarət mərkəzinin qarşısında işlər yekunlaşdığı üçün yanğından sonra bağlanmış avtomobil yolunda hərəkət bərpa edilib. Hazırda ticarət mərkəzinin qarşısında avtomobillər maneəsiz hərəkət edirlər. Eyni zamanda yanğından sonra bağlanan yeraltı keçidlər də açılıb və piyadalar yolun bir tərəfindən digər tərəfinə rahatlıqla keçirlər. “Lotos” Ticarət Mərkəzi ilə yanmış “Diqlas” arasında avtomobil yolu açılmasa da, piyadaların hərəkəti üçün şərait yaradılıb. Ərazidə polislər xidmət aparırlar və ticarət mərkəzinin yanmış binası xüsusi məhdudlaşdırıcı dəmirlər vasitəsilə dairəyə alınıb. Eyni zamanda ərazidə Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları xidmət aparırlar. Ticarət mərkəzinin yanında bir ədəd yanğınsöndürən maşın da saxlanılıb. Ərazidə olduğumuz zaman ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlara rast gəlmədik. Onların bəziləri dövlət tərəfindən təklif olunan yerdə yenidən bizneslə məşğul olurlar. Buna imkanları çatmayanlar isə gözləmə mövqeyindədirlər. Ərazidə olduğumuz vaxt müşahidə etdik ki, ticarət mərkəzinin ətrafında piştaxta qurub, oyuncaq, ayaqqabı, müxtəlif növ geyimlər satan xırda sahibkarlar, öz piştaxtalarını yenidən bərpa edirlər. Söhbətimiz zamanı bildirdilər ki, dövlətin yardımı onlara aid deyil:

“Bizə də yer təklif etdilər. Ancaq hələ ki konkret söz deyən yoxdur. Maddi yardıma gəlincə isə biz ticarət mərkəzinə aid deyilik. Ona görə də ayrılan maliyyə yardımından bizə pay düşməyib. Özümüz yenə də gücümüz çatdığı qədər piştaxtamızı qurub, işimizi başlayırıq. Bizim malımızın qiyməti böyük olmasa da, qazanc yerimiz tək bura idi. Ona görə də yanğından sonra çətin vəziyyətdəyik”,-deyə, sahibkarlar bildirdilər. Ticarət mərkəzindəki yanğından od alan şəxsi mağazalarda da təmir-tikinti işlərinə başlanılıb. Ümumilikdə, ticarət mərkəzinin ətrafında qızğın iş gedir. Yanmayan hissədə isə həyat öz axarı ilə davam edir. İnsanlar bazarı gəzib, “Diqlas”ın yanında bir az ayaq saxlayıb, sahibkarların halına acıyırlar, daha sonra isə alış-verişlərinə davam edirlər...

Yanan ticarət mərkəzinin arxasında fəaliyyət göstərən piştaxtaların hamısı yanıb. Hazırda həmin əraziyə daxil olmaq məhdudlaşdırılsa da, içəri keçmək mümkündür. Müşahidə etdik ki, dəmir yığanlar və digər bu kimi şəxslər ərazidə gəzib, özləri üçün pula çevirə biləcəkləri parçaları toplayırlar. Piştaxtaların sahibləri isə günlərdir ki, kənardan durub, xarabalığa bənzəyən mənzərəni seyr edirlər. Onlardan öyrəndik ki, sabahdan etibarən əraziyə giriş tamamilə məhdudlaşdırılacaq. Çünki ticarət mərkəzinin yanmış binasının söküntüsünə başlanılacaq. Hələ ki “Diqlas”ın binasının yerində nəyin inşa olunacağı məlum deyil. Lakin gəzən şayiələrə görə, ərazidə “Diqlas” formasında ticarət mərkəzi inşa olunmayacaq. Məlumatlara görə, yeni tikilən obyektdə daha çox qidalar satılacaq. 

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Hamısı