Xəbər verdiyimiz kimi, baş nazir Novruz Məmmədovun əmri ilə tanınmış jurnalist Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib.
Ayaz Mirzəyev Space TV-də, ANS TV-də, Baku Media Center-də jurnalist kimi fəaliyyət göstərib. Daha sonra Eurasia Diary saytının baş redaktoru, Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse prezidenti vəzifələrində çalışıb. O, dovletimizin, xalqımızın mənafeyinə sadiq bir insan və peşəkar jurnalist kimi tanınıb və sevilib. Ayaz Mirzəyev istər BAMF-in, istərsə də Eurasia Diary Analitik İnformasiya Portalının fəaliyyətində iz qoyub, peşə sirrlərinin məharətlə ötürülməsində öz dəstəyini nümayiş etdirib.
BAMF kollektivi Ayaz Mirzəyevin yeni vəzifəyə təyinatına çox sevinir və bu məsuliyyətli işdə ona uğurlar diləyir.
Dövlətə, vətənə xeyirli olsun. Təbrik edirik!