"Önəmli olan azərbaycanlıların, Azərbaycanın təbliğinə, Azərbaycançılığın qorunmasına xidmət etməsidir" Qarabağı İsveçrədə yaşadan Azərbaycanlı Qasım Nəsirov

Cəmiyyət 13:29 18.04.2019

Azərbaycandan uzaqda yaşayan həmyerlilərimizin qəlbi hər zaman Vətənlə bir döyünür. Vətənə sevgisini gördükləri işlərlə təbliğ edən azərbaycanlılar arasında adını çox rahat və fəxrlə çəkə biləcəyimiz  soydaşlarımızdan biri də İsveçrənin Bern şəhərində yaşayan Qasım Nəsirovdur. Hər birimiz üçün Qasım Nəsirovun  keçdiyi həyat yolu çox maraqlıdır. Həmsöhbətim çox intellektli, dünyagörüşlü və əsl vətənpərvərdir. İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Azərbaycanla bağlı gördüyü işlər barədə fikirlərini bizimlə də bölüşdü.

-Qasım bəy, sizi Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə sizi təbrik edirik. Bir qədər Koordinasiya Şurasında fəaliyyətiniz haqqında danışardınız. Nə kimi dəyişikliklər etməyə nail oldunuz?

-Təbrikləriniz üçün təşəkkür edirəm. Koordinasiya Şurasının əlaqələndiricisi seçildikdən sonra əsas işim İsveçrədə olan bütün təşkilatların rəhbərlərini bir yerə toplayıb onların fəaliyyətini öyrənmək, problemləri ilə yaxından tanış olmaq və bir çevrədə birləşdirməkdir. Bununla əlaqədar bir çox işlər görmüşük və görməyə çalışırıq.

-İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbərisiniz.  Digər işiniz nədən ibarətdir?

-Mən İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi,  "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəriyəm. Hər iki iş mənim hobbimdir, əsas işim deyil. Bu işləri xalqıma, Vətənimə olan sevgimlə əlaqədar görürəm. İsveçrədə Dövlət Miqrasiya İdarəsində miqrasiya işləri ilə məşğulam, işim həddindən artıq çoxdur. Amma vaxt tapıb Koordinasiya Şurası və Mədəniyyət Mərkəsinin işi ilə məşğul olmağa çalışıram. Bu işlə məşğul olmaq çox vacib və gərəklidir.

-İsveçrədə Azərbaycan diasporunun fəaliyyətinin güclənməsi üçün nə etmək lazımdır?

-İsveçrədə Azərbaycan diasporunun fəaliyyətini gücləndirmək üçün vacib olan bir sıra amillər var. İlk növbədə insanların bu işə istəyi və marağı olmalıdır. Maraq olmasa, nə edirsən et, heç bir irəlilləyiş əldə etmək olmaz. Maraq oyatmaq üçün müəyyən üsullar var, onu etməyə çalışırıq. Önəmli olan azərbaycanlıların  Azərbaycanın təbliğinə, azərbaycançılığın qorunmasına xidmət etməsidir. Bu ideya ətrafında birləşsək və çalışsaq, irəliyə gedəcəyik.  Əksinə, bir-birimizə  böhtanlar atsaq,  yalan danışsaq,  pis davransaq, o zaman bunun nəticəsi olmayacaq. Başqa xalqlar, həmçinin,  yaşadığımız ölkənin insanları bizi sevməyəcəklər.  

-Nə kimi çətinliklər və maneələrlə üzləşirsiniz?

-Azərbaycanlılar bir ideya ətrafında birləşsələr, çox böyük uğurlar əldə etmək olar. İsveçrədə diaspor fəaliyyətimizlə bağlı maneə yoxdur, rahat şəkildə işləmək mümkündür, yetər ki,  buna istək olsun. İsveçrədə və digər Avropa ölkələrində bir iş həyata keçirərkən əvvəlcədən planlı və sistemli şəkildə addım atmaq lazımdır. Heyif ki, bəzən əvvəlcədən planlaşdırmaq imkanı olmur, bu da  bizim işlərimizi axsadır.

-Seçiminiz niyə məhz İsveçrə oldu?

-İşlədiyim zaman imkan oldu ki,  fəaliyyətimi bu ölkədə başlayım və davam etdirim. Bu ölkəyə gəldiyim üçün çox sevinirəm və ailəmlə birlikdə çox xoşbəxtəm. İsveçrə inkişafına, insanlarına, siyasi və iqtisadi durumuna görə çox inkişaf etmiş  və dəyərli bir ölkədir. Bu ölkəni çox sevirəm  və  burada yaşamağı  taleyin qisməti  hesab edirəm. 

-İsveçrəlilərə Azərbaycanı tanıda bilirsinizmi?

-Mən Azərbaycanı İsveçrədə 2004-cü ildən tanıtmağa başlamışam.  Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi  və    "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri olmasaydım belə, hər yerdə, hər zaman Azərbaycan xalqını, mədəniyyətini, musiqisini, tarixini, ədəbiyyatını, mətbəxini tanıtmaqdan qürur duymuşam.  Azərbaycan mənim Vətənimdir, çox gözəl ölkədir, qədim tarixə, mədəniyyətə  malikdir. İsveçrədə Azərbaycanı təbliğ etməklə, övladlarımıza, gələcək nəslə yol açırıq. Onlar Azərbaycanı tanımalı, sevməli, yaşatmalı və onunla fəxr etməlidirlər.    

-İsveçrədə yaşayan azərbaycanlıların əsas məşğuliyyəti nədən ibarətdir?

-İsveçrədə yaşayan azərbaycanlıların məşğuliyyəti çox rəngarəng və fərqlidir. Bu onların ölkədəki statusundan asılıdır. Vaxtilə bəziləri ölkəyə qaçqın olaraq, bəziləri ailə qurmaq, bəziləri iş üçün gəlib.   Azərbaycanlılar İsveçrədə restoran, tibb və digər sahələrdə çalışırlar. Bu barədə dəqiq statistika yoxdur.

-Berndə “Qarabağ” adlı məktəb fəaliyyət göstərir.  Azərbaycanlı ailələrin uşaqlarını bu məktəbə cəlb etmək mümkün oldumu?  Bu təhsil ocağına maraq hansı səviyyədədir?

Bəli, qeyd etdiyiniz kimi, Berndə “Qarabağ”  adlı məktəb fəaliyyət göstərir.  Bu məktəb  İsveçrədəki səfirliyimizin, Diasporla İş üzrə Dövlət  Komitəsinin və diaspor təşkilatlarımızın birgə səyi nəticəsində ərsəyə gəlib. Məktəbdə Azərbaycan dili və ədəbiyyatını,  Azərbaycan tarixini, milli rəqs və piano dərslərini peşəkar müəllimlər tədris  edir. Tədris ocağında isveçrəlilər və digər əcnəbilər də təhsil ala bilərlər. “Qarabağ” məktəbi  İsveçrənin Təhsil Nazirliyində qeydiyyatdan keçib.  Uşaqları məktəbə cəlb etməkdə çətinliklərimiz olsa da, həvəsdən düşmürük. Əsas çətinlik uşaqların fərqli-fərqli yerlərdən Bern şəhərinə gətirilməsidir. Çünki İsveçrədə nəqliyyatdan istifadə çox bahadır. “Qarabağ” məktəbinin şagirdləri Novruz bayramında çox fəal iştirak etdilər.

-Əcnəbilər, o cümlədən azərbaycanlılar İsveçrənin hansı universitetlərində təhsil almağa çalışırlar?  Fərq çoxdurmu?

-İsveçrə universitetləri  dünyanın çox güclü və nüfuzli  ali təhsil ocaqları sırasındadır. Əcnəbilər əsasən, maliyyə və  otelçiliklə bağlı ali təhsil almağa üstünlük veririlər. İsveçrənin Sürix şəhərində ETH Universiteti çox məşhurdur. Azərbaycanlı tələbələrin böyük bir qismi otelçilik üzrə təhsil alır. Amma digər sahələrdə təhsil alan tələbələr də var.

Asudə vaxtınızı nəyə sərf edirsiniz?  Azərbaycana gələrkən  Naxçıvandan başqa, Azərbaycanın hansı şəhər və rayonlarına baş çəkirsiniz?

-Asudə vaxtım çox az olur. İşlərim çoxdur.  Boş vaxtım olanda Azərbaycanlıların Koordinasiya Şurasının və    "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin müəyyən işlərinə sərf edirəm. Asudə vaxtlarımda idmanla, fitnes və qaçmaqla məşğul oluram. Velosiped sürməyi xoşlayıram, ailəmlə gəzməyə gedirik. Bir qədər çox  vaxtımız olanda isə dünyanı səyahət edirik. Azərbaycana gələrkən Naxçıvana getməyə zamanım qalmır. Bir çox görüşlər, sessiyalar, referatlar imkan vermir.  Amma bu dəfə Azərbaycana gəlsəm,  mütləq Naxçıvana baş çəkəcəm. Çünki Naxçıvan üçün, böyüdüyüm məhlə  üçün çox darıxmışam. Heyif ki, vaxt amili imkan vermir ki, biz hər zaman istəklərimizi gerçəkləşdirək. 

Müsahibəni qələmə aldı: Aynur Nadir qızı

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı