Məhdud hərəkət imkanlı şəxslər metropoliten əməkdaşlarının köməyi ilə Bakı metrosundan istifadə edə bilirlər.
Eurasia Diary Azvision.az-a isinadla xəbər verir ki, indiyədək Bakı metrosunda əlil arabaları ilə hərəkət etmək çox çətin idi. Bu səbəbdən “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən, xüsusi işçi qrup yaradılıb, beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib.
Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib. Metro vaqonlarında əlil arabaları üçün xüsusi yerlər hazırlanıb.