Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Xüsusi qabiliyyət imtahanları" jurnalının təqdimat mərasimində bildirib ki, "Musiqi sənəti" istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək.
İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək.
Qeyd edək ki, DİM ilk dəfə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalınln 1-ci nömrəsini nəşr edib.
***
"2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib".
Eurasia Diary-nin xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Xüsusi qabiliyyət imtahanları" jurnalının təqdimat mərasimində deyib.
O bildirib ki, dəyişikliyə əsasən, V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaqlar.
Şöbə müdirinin sözlərinə görə, dizayn ixtisası "Təsviri sənət" istiqamətinə daxil edilib: "Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst imkanı verilib. Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncədə keçiriləcək".