Böyük Qələbəyə bir döyüş qalıb!..

Cəmiyyət 15:26 25.04.2019
Ali Baş Komandan İlham ƏLİYEV: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir.

Aprel, 2016 ruhumuzun arzuladığı tarixin başlanğıcıdı. Könlümüzdən həmin tarixi yenidən, daha böyük miqyasda yaşamaq ovqatı keçir. Dan yeri söküləndən bəri bir məkana - ön xətdə xidmət edən əsgərlərimizlə görüşə tələsirik. Həmişə inanmışıq, indi də inanırıq ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmriylə döyüşməyə hazırdı, döyüşəcək və qələbə qazanacaq, torpaqlarımızı işğaldan azad edəcək. Gecənin səssizliyində yarpaqların titrəyişini də, yellərin daşlara necə çırpıldığını da duyan əsgərlər yaxın vaxtlarda müharibə səbəbindən Vətən torpağına düşən səngərləri dövlət sərhədlərinə köçürəcək. Şücaəti, qətiyyəti, Hərbi anda sədaqəti, Vətən sevgisi hər birimizin güvəncinə güvənc olan əsgərlərimizlə səmimiyyətlə kəlmələşəcəyik. Hər sadə, mürəkkəb cümləmizin mübtədası Vətən olacaq. Belə şirin məqamlara tələsirik...

Kəlmələşə-kəlmələşə göy üzünə baxacam. Hiss edəcəm ki, bu yaz günü - təbiətin bəyaz günü düşüncələrim buludsuz göy üzünə sığal çəkən baxışların qələbə yozumlu mətləbindən barınacaq. Buludsuz göy üzü inamımın sürahisinə dönəcək. Var səsimlə "Böyük Qələbəyə bir döyüş qalıb!", - deyəcəm. Əsgərlər biri digərinə aman vermədən "Bir döyüş qalıb!", - deyəcək. Bizi müşayiət edən zabitin fərəhi, qüruru aşıb-daşacaq, razılıqla gülümsəyəcək...

 
Bu da dan yeri söküləndən bəri cazibəsinə can atdığımız məkan...

Bu da hər kəlməsini inamımıza güvənc, güvəncimizə inam bildiyimiz əsgərlər...
Əsgərlərimizin əhatəsindəyik. Xoş dəqiqələri tarixə əsgər sözü yazır. 

Əsgər Məhəmməd Zülfüqarlının qürurunu da aydınlığıyla hiss edirik, təəssüfünü də. Qürur da, təəssüf də 2016-cı ilin Aprel döyüşləriylə bağlıdı. Qürur bəllidi - qələbənin qürurudu, təəssüf o döyüşlərin iştirakçısı ola bilməyən bir tələbənin təəssüfüdü:

- Dostlarımdan biri univerisitetə qəbul olunanda o qədər sevinmişdi ki! Bu sevinci təkcə özü deyil, valideynləri də, tay-tuşları, dostları, müəllimləri də yaşamışdı. Aprel döyüşlərinə o da getmək istəmişdi. Onun ürəyindən nələr keçdiyini deməyə ehtiyac görmürəm.

2016-cı ilin Aprel döyüşlərindən az sonra Lələtəpənin ətəyində komandirinin təqdimatıyla gizir Tahir Misirxanovla kəlmələşirdik. Tahir döyüşlərdən, qələbədən, qələbəni qazananlardan danışırdı. "Döyüşlərdə iştirak edənlərin hamısı qəhrəmandı. Döyüşlərdə iştirak etməyənlərin iştirak edənlərə həsəd apardığını eşitmək də adamın ürəyini dağa döndərir", - gizir Tahir Misirxanov belə demişdi. Əsgərlərə həmin söhbəti, söhbətin bu məqamını xatırladıram, "Təkcə yeniyetmələr, gənclər, qazilər deyil, hərbi xidmətdə olan əsgərlər də Aprel döyüşlərində iştirak etmək istəyib. Bunu arzulayıb. Bu, Vətən sevgisidi...", - deyirəm.

- Vətənə sədaqət andı içmişik. Nizamnamələrin tələblərinə uyğun xidmət edirik. İnanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. Hər birimiz Ali Baş Komandanın əmriylə başlayacaq həmin döyüşlərdə iştirak etməyi arzulayırıq, hər birimiz qələbənin əsgəri olmaq istəyirik, - əsgər Rüstəm Murquzovun səmimiyyətlə dediklərini əsgər Xəyyam Həsənovun dedikləri tamamlayır:

- Hərbi xidmətdən tərxis olunma ərəfəsindəyəm. Tərxis ərəfəsində olan əsgərin düşüncələrini hamı bilir. Səmimiyyətimə inanın, yaşadığım duyğularda bir narahatlıq da var. Bu narahatlıq Ali Baş Komandanın əmriylə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gələcək döyüşlərdə iştirak etməmə ehtimalının narahatlığıdı. Valideynlərimin yanına, el-obamıza qalib əsgər kimi qayıtmaq istəyirəm.

O yollardan birində əsgərlərin əhatəsində Böyük Qələbədən danışırıq. Əsgərlər bir boy da dikəlib dinləyir, bir boy da dikəlib danışır. Hər kəlmədə qürur var, sevgi var, ehtiram var.
Kapitan Emin Əliyev deyir ki, yüksək döyüş hazırlığına malik olan əsgərlərimiz döyüş növbətçiliyini böyük məsuliyyətlə aparır. Bu, onların hərbi xidmətə münasibətinin göstəricisidir - Vətən sevgisinin təzahürüdür.

Əsgər Seymur Əliyev deyir ki, Aprel döyüşlərində iştirak etmiş qonşumuzun tərxis olunduqdan sonra döyüşlər haqqında söhbətlərini, xatirələrini böyük maraqla dinləyənlərdən biri də məniydim. “Qonşum deyirdi ki, əsgərlərimiz cəsarətlə döyüşürdü, qələbə üçün döyüşürdü, Vətən üçün döyüşürdü. İnanıram ki, Ali Baş Komandan döyüş əmri verəndə siz əsgərlər də həmin cəsarətlə döyüşəcəksiniz, siz də qələbə qazanacaqsınız, torpaqlarımızı işğaldan tamamilə azad ediləcək.


İndi hərbi xidmətdəyəm. Qonşumdan eşitdiklərimi əsgər yoldaşlarıma demişəm. Komandirlərimizi də, əzizlərimizi də əmin edirik ki, Ali Baş Komandanımız döyüş əmri verəndə 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları kimi döyüşəcəyik, qələbə qazanacağıq, tərxis edildikdən sonra yeniyetmələrə Böyük Qələbənin necə qazanılmasından danışacağıq...”.

"Böyük Qələbəyə bir döyüş qalıb!", - üzü göylərə sarı pıçıldayıram. Əsən yellər kəlmələrimi yaxınlara, uzaqlara aparır...

...Bu yaz günü bir "Ruhani" dinləmək istəyirəm. "Ruhani" ruhların havasıdı. 2016-cı ilin aprelində Lələtəpənin yaxınlığında bənzərsiz bir "Ruhani" dinləmişdim. Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən kütləvi vətənpərvərlik tədbirinin uvertürası kimi dinləmişdim. Bu gözlənilən-gözlənilməz "Ruhani" hərbçilərin də, mülkilərin də ürəyini qələbəyə kökləmişdi. Mənə elə gəlmişdi ki, işğalın son nəfəsi üçün bir əmr kifayətdi; bu qüdrət təkcə "Ruhani"nin qüdrəti deyil, bu qüdrət "Ruhani"ni yaradan xalqımızın yaşam, var olma fəlsəfəsinin qüdrətidi, "Ruhani"nin formalaşdırdığı Vətən sevgisinin qüdrətidi...

Zaman anlamında dünən bu gün üçün tarixdi, bu gün sabahlar üçün tarix olacaq.

2016-cı ilin aprelində Azərbaycan əsgəri tarix yazdı. Bu gün sabahkı tarixlər üçün həmin tarixin qürurunu yaşayırıq. Sabahkı tarixlərin ən möhtəşəmi Böyük Qələbə olacaq. Böyük Qələbə hansı fəsildə qazanılacaqsa, o fəslə Qələbə fəsli deyəcəyik. O fəsli ruhumuzun fəsli biləcəyik. O fəsil zaman-zaman Azərbaycanın dövlətçilik tarixində qürurla xatırlanacaq...

Aprel döyüşlərindən əvvəl Cocuq Mərcanlıdaydım. Bu dərdli kəndin qəhərini Araza pıçıldamışdım. Onda əsgərlərin Lələtəpəyə sarı qəzəblə, nifrətlə baxdığını duymuşdum. Lələtəpədən əsən yellər kəndin sakinsiz evlərinin ağaclarının budaqlarını əsdirirdi. Baxışlarım əsgərlərin baxışlarına sarılmışdı. Əsgərlərə "Baxışlarınız könül bulandıran bu hala həm təsəllidi, həm də qələbənin uzaqda olmadığını bildirən zəmanətdi", - demişdim. Zabitlər də, əsgərlər də fikrimə dəstək olmuşdular, "Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan azad edəcəyimiz günə az qalıb...", - demişdilər.

Aprel döyüşlərində qazanılan qələbə Cocuq Mərcanlının taleyini durulaşdırdı. Kənd işğal olunanda evlər uçurulub-dağıdılmışdı. Aprel döyüşlərindən az sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlı yenidən quruldu. Cocuq Mərcanlının taleyində bir rəmz görürəm: kəndlərimiz işğaldan azad ediləcək, yenidən qurulacaq. Bu inam 2016-cı ilin Aprel döyüşlərindən gələn inamdı.

Düşüncələrim əsgərlərin düşüncələriylə elə gözəl tamamlanır ki...

Əsgər Rüstəm Murquzov deyir: "Bizdən əvvəl xidmət edənlər Aprel zəfərini qazandı, biz Ali Baş Komandanın əmriylə bütün torpaqlarımızı işğaldan azad edəcəyik".

Əsgər Məhəmməd Zülfüqarlı deyir: "Kəndlərimizi həm işğaldan azad edəcəyik, həm də tikintisində iştirak edəcəyik".

Əsgər Seymur Əliyev deyir: "Biz Lələtəpə, Bayraqtəpə fatehlərinin davamçıları olacağıq..."

Mayor Neymət Rəhimovla görüşürük. 2016-cı ilin martında Murovdağda tanış olmuşduq, söhbətləşmişdik. O ucalıqda Azərbaycan əsgərinin döyüş ruhundan, qələbə əzmindən danışmışdıq. Bir ay keçməmiş Böyük Qələbə qazanılmışdı. Mayor Neymət Rəhimov qürurla bildirir ki, Aprel döyüşlərində şəhid olanlarımız da qəlbimizdə abidələşib, son nəfəsimizəcən bizimlə, bizdən sonra tarixlə yaşayacaqlar.

Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrinə hazırdır; Böyük Qələbəyə bir döyüş qalıb!..
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Hamısı