Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək.
Bəs ölkədə, “Toyota Prius”ların aqibəti necə olacaq?
Bu haqqda Ednews-a nəqliyyat eksperti Aslan Əsədov danışıb.
Onun sözlərinə görə, istər sahibkarlar, istər fiziki istərsə də hüquqi şəxslər arasında bir narahatçılıq var:
"Ən çox insanları düşündürən sual ondan ibarətdir ki, “prius”ların axırı necə olacaq? Əslində bu sualın cavabı heç də bir mənalı deyil. İnsanlarda narahatlıq yaratmamalıdır. Xüsusilə də onu demək olar ki, onlar kifayət qədər istismar edilib. Ölkədə özünü müxtəlif sahələrdə göstərir. Bugün ki, gündə onların hansı fəaliyyətdə istismar ediləcəyi haqqında demək biraz çətindir".
Ekspert hazırda müəyyən versiyalar üzərində işlənildiyini vurğulayıb:
"Məsələn, buna "Karşerinq" xidmətləri icarə xidmətləri aiddir. Yəni perspektiv var. Məqsəd "Prius"lardan pul qazanmaqdırsa, müəyyən yönləndirici faktorlardan istifadə etməklə yenə də pul qazanmaq mümkündür".
Ekspert qeyd edir ki, taksi şirkətləri xarici şirkətlər olduğundan onlar ölkəyə yenilik gətirir.
“Biz onların fikirlərinə, idealarından bəhrələnməliyik. Amma taksi qiymətlərinin artımı haqqında düşünmürəm”.
Aynurə İsmayıl