Azərbaycan Respublikası Çernobıl Əlilləri ictimai birliyi Çernobıl qəzasının il dönümündə şəhidlər xiyabanına toplaşaraq faciə qurbanlarını yad ediblər.
Ednews xəbər verir ki, Çernobıl Əlilləri İttifaqı ictimai birliyinin rəhbəri Mirhəsən Həsənov Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik stansiyasının insanlıq üçün təhlükə olduğunu və bağlanmasını tələb edib.
Çernobıl Əlilləri Rəhbərlərinin tələbini dəstəkləyərək tək ağızdan "Metsamor Atom Elektrik stansiyasının bağlanmasını tələb edirik" şüarı səsləndiriblər.
Çernobıl Əlilləri İttifaqı ictimai birliyinin rəhbəri Mirhəsən Həsənov jurnalistlərə verdiyi açıqlamada bildirib, tədbirin 26 aprel deyil 24 aprel qondarma soyqırım günü həyata keçirilməsinin məqsədindən bəhs etdi:
"Ermənilər 24 apreldə bütün dünyada qondarma soyqırım günü keçirirlər. Lakin bütün Cənubi və Şimali Qafqaza hətta digər regionlara təhlükə yaradan Metsamor Atom Elektrik stansiyasının problemini ermənilər dilə gətirmirlər. Biz Çernobıl Əlilləri İttifaqı ictimai birliyi olaraq Gürcüstan, Azərbaycan və Ermənistan əhalisinə qarşı bir-başa təhlükə yaradam Metsamor Atom Elektrik stansiyasının bağlanmağını tələb edirik. Çernobıl faciəsinin 38-ci ildönümü ilə əlaqədar keçirdiyimiz bu tədbirdə biz bütün dünyaya, bəşəriyyətə səslənirik. Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılmalıdır. Biz heç kimdən xahiş etmirik. Bu, tələbdir. Bu, region dövlətləri üçün çox böyük təhlükədir. Düzdür, çoz sayda insan bu faciənin qurbanı kimi öz əzab-əziyyətlərini qabartmayıblar. Ailələrinin yaşadığı faciəni təqdim etməkdən belə çəkiniblər. Amma mən bu birliyin rəhbəri olaraq illərdir həmin insanların hansı problemlərlə qarşılaşdıqlarını yaxşı bilirəm. Bu gün atalarının çəkdikləri əzabları öz çiyinlərində çəkməyə məcbur övladlar var".
Mirhəsən Həsənov deyib ki, tədbirin məhz 24 apreldə keçirilməsi təsadüf deyil:
"Ermənilər bu günü qondarma soyqırımı kimi qeyd edirlər. Biz ermənilərə müraciət edirik, istəyirik ki, ermənilər ayılsınlar. Qondarma soyqırımı ilə bağlı tədbir keçirməkdənsə, dəhşətli faciənin qarşısının alınması ilə bağlı tədbirlər görsünlər".
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.
Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr idi. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.
Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır.
Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Onların 2000 nəfəri şüalanmadan vəfat edib.
Xəyal Ramiz