Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”

Cəmiyyət 12:20 26.04.2024

“2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks həmlə əməliyyatı keçirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Ordumuzun tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsiylə başa çatdı”. 

Ednews  xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində deyib. 

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabrda imzaladığı birgə bəyanatla atəşkəs rejimi elan edildi. 

"Türkiyə və Rusiya Respublikaları arasında imzalanan memoranduma əsasən yaradılmış birgə monitorinq mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi.

Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi. 

Azərbaycan Respublikası Qarabağ İqtisadi rayonu üzərində tam nəzarətin bərqərar olunması məqsədiylə 2023-cü ilin sentyabr ayında keçirilmiş anti-terror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni birləşmələri ölkəmizin ərazisindən tamamilə çıxarıldı. Bu səbəbdən Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir", - deyə o qeyd edib. 

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. 
2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib.

Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb. 

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı. 

"ASALA" terror təşkilatının üzvü delimitasiya etirazlarına qoşulub - VIDEO

Xəbər xətti

KİV: Stoltenberq İtaliyadan hərbi xərcləri artırmağı xahiş edəcək
01:00 07.05.2024
Fransa səfirinin Rusiya XİN-ə çağırılmasının səbəbi məlum olub
00:14 07.05.2024
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaq
23:56 06.05.2024
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
23:33 06.05.2024
Peskov Qərbi hədələyib: Verilən bəyanatlar çevik reaksiya tələb edir
23:13 06.05.2024
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
22:50 06.05.2024
Bakı metrosunda sərnişin müdaxilə etdi, nasazlıq yarandı
22:35 06.05.2024
UEFA-dan Halil Umut Melerə növbəti TƏYİNAT
22:14 06.05.2024
Laçında müntəzəm marşrut xətləri açılıb
21:55 06.05.2024
HƏMAS İsraillə danışıqları dayandırıb
21:28 06.05.2024
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
21:10 06.05.2024
Rusiya XİN Qərbə xəbərdarlıq edib
21:00 06.05.2024
Prezident İlham Əliyev Moskvada Qələbə Paradında İŞTİRAK ETMƏYƏCƏK
20:40 06.05.2024
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək
20:31 06.05.2024
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrini AÇIQLADI
20:20 06.05.2024
ABŞ-nin Azərbaycandakı səfiri Füzulidə məktəbə baş çəkib
20:10 06.05.2024
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamenti master-klass keçib
20:00 06.05.2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:50 06.05.2024
İsrail ordusu Rəfahı ələ keçirib
19:47 06.05.2024
Xəzərdə dalğanın hündürlüyü 3,4 metrə çatıb - FAKTİKİ HAVA
19:35 06.05.2024
Mirzoyan: “Azərbaycanla bir çox məsələlər artıq razılaşdırılıb”
19:30 06.05.2024
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
19:19 06.05.2024
Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb
19:12 06.05.2024
Goranboyda inzibati binadan oğurluq edən mühafizəçi SAXLANILDI
19:00 06.05.2024
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
18:49 06.05.2024
Fransa XİN: Ukraynaya hərbçi göndərilməyib
18:37 06.05.2024
Putin mayın 8-də Paşinyanla görüşəcək
18:28 06.05.2024
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
18:19 06.05.2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:06 06.05.2024
Fransa Ukraynaya qoşun göndərməsi xəbərini TƏKZİB ETDİ
Fransa Ukraynaya qoşun göndərməsi xəbərini TƏKZİB ETDİ
17:55 06.05.2024
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var
17:44 06.05.2024
Bakı dünyanın "İdman Paytaxtı” seçildi
17:38 06.05.2024
Konstantin Kosaçev: Bakının mövqeyi hörmət doğurmaya bilməz...
Konstantin Kosaçev: Bakının mövqeyi hörmət doğurmaya bilməz...
17:33 06.05.2024
Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq
17:31 06.05.2024
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik”
17:16 06.05.2024
Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir
17:08 06.05.2024
Fransa səfiri də Rusiya XİN-ə ÇAĞIRILDI
Fransa səfiri də Rusiya XİN-ə ÇAĞIRILDI
16:53 06.05.2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:42 06.05.2024
Bu dərman vasitəsinin bütün seriyaları geri ÇAĞIRILDI
16:26 06.05.2024
Terrorçu erməni keşiş revanşistlərə qoşulub - VİDEO
Terrorçu erməni keşiş revanşistlərə qoşulub - VİDEO
16:15 06.05.2024
Hamısı