Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icması, eləcə də xristian icmaları yaşayır.
Ednews xəbər verir ki, bu barədə Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Brenda Şaffer “X” sosial şəbəkəsində yazıb.
"Azərbaycan müsəlman dünyasında ən böyük yəhudi icmasının, eləcə də xristian icmalarının məskunlaşdığı yerdir. Buna baxmayaraq, ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) Azərbaycan müsəlmanlara icazə vermədiyi üçün ölkəni dini azadlıqlara nəzarət siyahısına daxil edib". - nəşr yazır.
Xəyal Ramiz