Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel çəkməklə öz enerji sistemlərinin inteqrasiyası imkanlarını öyrənəcəklər.
Ednews bu barədə Qazaxıstanın Energetika Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar.
“İmzalanan memorandumun məqsədi Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi çərçivəsində əməkdaşlığın əsas şərtlərini müəyyən etməkdir”, - Energetika Nazirliyi qeyd edib.