Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə 20 ailənin köçürülməsi gözlənilir.
Bu barədə Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyindən Ednews-a bildirilib.
Mənbə qeyd edib ki, Sus kəndində 59 fərdi ev tam hazır vəziyyətdədir:
"Kəndin məktəbi 15 sentyabr tarixində ilk şagirdlərini qarşılaya biləcək. Kənddə 1 ticarət mərkəzi, 1 ərzaq mağazası, qəsəbə boyu park mövcuddur. Bundan başqa, Sus kəndində bir 630 kVA-lıq kompleks transformator qurulub".