Qubanın Timirzayev qəsəbəsində yerləşən çörək sexində yanğın olub.
Ednews xəbər verir ki, hadisə yerinə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib.
İlkin ehtimala görə, yanğın qaz sızmasından baş verib.
Hadisənin səbəbləri araşdırılır.