Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib

Cəmiyyət 18:58 16.05.2024

Bu ilin mayın 15-də Riqanın simvolları arasında yer alan məşhur tarixi-memarlıq abidəsi “Qara Başlar Evi”ndə Azərbaycanın Latviyadakı Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

Ednews xəbər verir ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək müsəlman dünyasında ilk parlamentli, dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı illiyinin qeyd olunduğunu diqqətə çatdırıb, Azərbaycan xalqının müstəqil dövlət qurmaq arzusunun həyata keçirildiyini və Cumhuriyyətin yaşadığı 23 ay ərzində mühüm nailiyyətlər əldə etdiyini qeyd edib.

E.Sultanov Azərbaycan xalqının Ümumilli Lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan xalqı dövrün mürəkkəb sınaqlarından uğurla çıxdığını və ölkənin milli inkişaf strategiyasının əsasları qoyularaq uğurla həyata keçirildiyini bildirib.

O, 2020-ci ildə Vətən Müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən ölkəmizin öz ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini və Azərbaycan dövlət bayrağının ölkənin bütün ərazisində qürurla dalğalandğını diqqətə çatdırıb.

Səfir Azərbaycanın postmünaqişə dövründə sülh təşəbbüsləri, COP29-a ev sahibliyi, “yaşıl” gündəliyi, Avropa enerji təhlükəsizliyinə töhfəsi, trans-regional nəqliyyat layihələrinin həyata keçirilməsində rolu, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi barədə məlumat verib. O, bu il Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirərək Heydər Əliyevin 1994-cü ildə Prezident olduğu dövrdə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğunu və Ulu Öndərin Azərbaycan-Latviya münasibətlərinin banisi olduğunu diqqətə çatdırıb. Hazırda iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirən E.Sultanov həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğulayıb və müxtəlif sahələrdə uğurla həyata keçirilən ikitərəfli dialoq barədə bəhs edib.

Daha sonra Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Armands Krauze çıxış edib. O, 28 May – Müstəqillik Günü və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini çatdıraraq Azərbaycan və Latviya arasında dinamik inkişaf edən münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. O, keçən dövr ərzində həyata keçirilmiş və nəzərdə tutulan səfərlərin əhəmiyyətini qeyd edib və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

A.Krauze Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini ifadə edərək Azərbaycanın regionda aparıcı rol oynadığını vurğulayıb.

Tədbir mədəni proqramla davam edib. Azərbaycan tar ustası Mircavid Cəfərov və pianoçu Elbəy Məmmədzadə tədbir qonaqları üçün Azərbaycan milli musiqi parçalarını ifa ediblər.

Tədbirdə, həmçinin Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tərtib olunmuş, ali və yüksək səviyyədə keçirilmiş səfərlər, görüşlər və imzalanmış ikitərəfli sənədləri və ölkəmizin füsunkar təbiəti və zəngin mədəni irsini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

Tədbirdə Latviya Hökumətinin üzvləri, Seymin deputatları, Xarici İşlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimai, akademik və mədəni dairələrin nümayəndələri və Latviyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.

Qeyd olunmalıdır ki, rəsmi qəbuldan öncə Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqada ilk dəfə Dekorativ İncəsənət və Dizayn Muzeyində Azərbaycan xalçalarının “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərginin açılış mərasimi keçirilib.

FHN ildırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciət ETDİ - VİDEO

Xəbər xətti

Şimal Buzlu okean: Müharibədə yeni cəbhə
Şimal Buzlu okean: Müharibədə yeni cəbhə
11:45 01.06.2024
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib
11:30 01.06.2024
Erməni dələduzluğunu ifşa edən süjet yayımlanıb - VİDEO
Erməni dələduzluğunu ifşa edən süjet yayımlanıb - VİDEO
11:27 01.06.2024
Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII iclası keçirilib
11:15 01.06.2024
“WhatsApp”da yeni funksiya: Artıq süni intellektlə şəkillər yarada biləcəksiniz
“WhatsApp”da yeni funksiya: Artıq süni intellektlə şəkillər yarada biləcəksiniz
11:00 01.06.2024
Türkiyədə narkotik əleyhinə böyük əməliyyat keçirilib
Türkiyədə narkotik əleyhinə böyük əməliyyat keçirilib
10:50 01.06.2024
Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü belə SAXLANILDI
10:45 01.06.2024
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
10:33 01.06.2024
Yaşar Gülər: Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez nəticə əldə edilməsini arzulayırıq
10:30 01.06.2024
"Iphone 16"-da bu yeni xüsusiyyət olacaq
"Iphone 16"-da bu yeni xüsusiyyət olacaq
10:15 01.06.2024
FHN ildırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciət ETDİ - VİDEO
10:00 01.06.2024
HƏMAS: “Baydenin atəşkəs təklifini müsbət hesab edirik”
HƏMAS: “Baydenin atəşkəs təklifini müsbət hesab edirik”
09:50 01.06.2024
"Slavyanka" cərimələnir
09:40 01.06.2024
Özünü vəkil kimi təqdim edib qadınlardan pul tələb edən şəxs saxlanılıb
09:30 01.06.2024
Şüvəlan istiqamətindəki yol qəzası sıxlığa səbəb OLDU
09:20 01.06.2024
Şuşada türkdilli dövlətlərin nazirlərinin növbəti iclası keçirilir
09:09 01.06.2024
Fransada terrora cəhd edən Çeçenistan vətəndaşı SAXLANILDI
05:56 01.06.2024
Serj Sarkisyana bəraət verildi, prokurorluq hökmdən protest verəcək
04:38 01.06.2024
Ağsuda DƏHŞƏT: 47 yaşlı kişi qonşusunu güllələdi
03:44 01.06.2024
Dolu Hacıkənddə avtomobillərə ziyan vurdu
02:34 01.06.2024
“Qarabağ”ın legioneri Səudiyyə Ərəbistanına gedir?
01:33 01.06.2024
Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
00:15 01.06.2024
"Fənərbağça" baş məşqçisi ilə yollarını ayırıb
23:50 31.05.2024
Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq
23:29 31.05.2024
Azərbaycan millisinin Slovakiya və Bolqarıstanla oyunlar üçün heyəti AÇIQLANDI
23:00 31.05.2024
Tovuzda yeniyetməni ildırım vuraraq öldürüb
22:45 31.05.2024
Norveç Ukraynaya 328 milyon dollardan çox vəsait ayırmaq öhdəliyi götürüb
22:28 31.05.2024
Naxçıvanda 14790 ədəd çətənə kolu YANDIRILDI
22:00 31.05.2024
Azərbaycanın boks millisi Avropa rekordunu təkrarladı
21:29 31.05.2024
Rus Dram Teatrının iyun repertuarı
21:00 31.05.2024
Azərbaycanda “yaşıl iqtisadiyyat”la ESG prinsipləri arasında əlaqə müzakirə edilib
20:38 31.05.2024
BMT-nin İraqa Yardım Missiyasının mandatı uzadılıb
20:22 31.05.2024
Acun Ilıcalının sahibi olduğu klubun yeni baş məşqçisi açıqlanıb
20:00 31.05.2024
Azərbaycan Qazaxıstanla hasilat layihələrində əməkdaşlığı müzakirə edib
19:50 31.05.2024
Nobel mükafatı laureatı Əziz Səncər BDU-da olub
19:35 31.05.2024
Doktorantura yaradılan ali məktəblərin yeni siyahısı TƏSDİQLƏNDİ
19:23 31.05.2024
III Beynəlxalq Minatəmizləmə Konfransının yekunlarına dair BƏYANAT qəbul edilib
19:03 31.05.2024
Yunanıstan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
19:00 31.05.2024
Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”
18:55 31.05.2024
Azərbaycanda feyxoa bağları üzrə kooperativlər yaradılacaq
18:46 31.05.2024
Hamısı