Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB

Cəmiyyət 19:38 17.05.2024

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ednews xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verdi. Qeyd edildi ki, tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonra dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Həmçinin bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

***
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ednews xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Novella Cəfərova: "Prezidentimiz Rəsulzadənin bayrağını Qarabağda dalğalandırdı" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Nuri Şahin "Borussiya"nın baş məşqçisi təyin olunub
21:00 14.06.2024
Hindistan mayda 3,333 milyard dollar dəyərində qızıl idxal edib
20:45 14.06.2024
Dövləti qoruyan insan İlham Əliyevdir - Novella Cəfərova - VİDEO
20:30 14.06.2024
Əli Şamxani: İranın nüvə proqramı Qərbin təzyiqinə boyun əyməyəcək
20:15 14.06.2024
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutulub
20:00 14.06.2024
Açıq və qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
19:47 14.06.2024
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib
19:38 14.06.2024
Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
19:20 14.06.2024
Dünəndən bugünə… – Azərbaycan tarixinin dönüm nöqtəsi: 15 iyun
19:17 14.06.2024
Ali Məhkəmənin Plenum iclası keçirilib
19:01 14.06.2024
Türkiyə Səfirliyinin media müşaviri Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb - Fotolar
18:50 14.06.2024
Ruanda prezidenti parlamenti buraxıb
18:44 14.06.2024
Novella Cəfərova: "Prezidentimizə böyük qısqanclıq var" - VİDEO
18:36 14.06.2024
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
18:36 14.06.2024
Milli Məclisin 21 iyun tarixli növbədənkənar iclasının gündəliyi açıqlanıb
18:23 14.06.2024
Sürücülərin NƏZƏRİNƏ! Bu yollarda hərəkət məhdudlaşdırılacaq
18:00 14.06.2024
Qəbul imtahanının 2-ci cəhdində qeydiyyat müddəti UZADILDI
17:45 14.06.2024
Rayonlarda yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
17:30 14.06.2024
Serdar Ortaçdan 'Tanışlarından pul istəyir' iddiasına cavab
Serdar Ortaçdan 'Tanışlarından pul istəyir' iddiasına cavab
17:15 14.06.2024
Minlərlə insanabənzər robot "Optimus" bu şirkətdə işləməyə başlayacaq
Minlərlə insanabənzər robot "Optimus" bu şirkətdə işləməyə başlayacaq
17:08 14.06.2024
Ukrayna Putinin sülh təklifinə cavab verib - RƏSMİ
16:54 14.06.2024
Putin Ukrayna ilə müharibəni dayandırmağın şərtlərını açıqlayıb
16:45 14.06.2024
SON DƏQİQƏ: Ermənistan Belarusa nota verib
16:30 14.06.2024
Həcc ziyarətinə gedən iki azərbaycanlı XƏSARƏT ALDI – DETALLAR
16:18 14.06.2024
Vladimir Putin: Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb
Vladimir Putin: Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb
16:12 14.06.2024
Putin: İlhaq etdiyimiz ərazilər daimi olaraq bizdə qalacaq
16:00 14.06.2024
Yaprak Dökümü serialının ulduzu saxlanılıb
Yaprak Dökümü serialının ulduzu saxlanılıb
15:45 14.06.2024
Yunanıstan tarixi abidələrini ziyarətə bağlayır - SƏBƏB
Yunanıstan tarixi abidələrini ziyarətə bağlayır - SƏBƏB
15:36 14.06.2024
Magistraturaya ixtisas seçimi başlayır – BU TARİXDƏN
15:30 14.06.2024
Google "əslində" nə deməkdir?
Google "əslində" nə deməkdir?
15:15 14.06.2024
Bilgəhdə dənizdə uşaq BATDI
15:00 14.06.2024
Bakı metrosu yay qrafikinə KEÇİR
14:45 14.06.2024
ƏDV-dən azad olunmuş publik hüquqi şəxslərin siyahısı genişləndirildi – FƏRMAN
14:32 14.06.2024
Əhmədin məhkəməsinin vaxtı AÇIQLANDI
14:20 14.06.2024
Prezident Azərbaycan xalqını TƏBRİK ETDİ
14:10 14.06.2024
Naxçıvanda nəşi tapılan hərbçimizin cinayət işi ilə bağlı YENİ DETALLAR – RƏSMİ
14:00 14.06.2024
Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI
13:45 14.06.2024
Ceyhun qətlə yetirilib - Rəsmi açıqlama
13:40 14.06.2024
Azərbaycanda günəş enerjisi istehsalı ARTIB
13:30 14.06.2024
Vilyam Hacıyevin cəzası AZALDILDI
13:15 14.06.2024
Hamısı