Beynəlxaq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyevin atası Rəhim Mirzəyev dekabrın 8-də doğma kəndi - Füzulinin Aşağı Əbdülrəhmanlı kəndində torpağa tapşırılıb.
Mərhumun cənazə namazı Horadiz qəsəbəsindəki Seyid Əşrəf məscidində qılınıb.
Bu barədə dəfndə iştirak edən Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu məlumat verib. Onun bildirdiyinə görə, kənd təmas xəttində yerləşdiyinə görə ermənilər bir neçə dəfə dəfn prosesini pozmağa cəhd ediblər. Buna baxmayaraq dəfn islam qaydalarına uyğun aparılıb.
Umud Mirzəyev dəfn prosesinin təhlükəsizliyini təmin edən əsgər və zabitlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Umud Mirzəyevin atasının yas mərasimi dekabrın 10-da Bakıdakı Heydər məscidində keçiriləcək.
Allah rəhmət eləsin.