ABŞ-ın yeni “küçə inqilabları” ssenarisi

Analitika 09:37 20.10.2017

Elxan Şahinoğlu: “Saakaşvili ABŞ-dakı siyasi mərkəzlərinin razılığını almasaydı, Poroşenkonun istefasını qətiyyətlə tələb etməzdi”

Son günlərdə Ukraynada vəziyyət yenidən gərginləşib. Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya zorla gəlişindən sonra keçən müddət ərzində baş verən hadisələr ən kritik həddə çatıb. Belə ki, oktyabrın 17-dən etibarən Saakaşvilinin tərəfdarları oturaq aksiya keçirirlər. Onlar parlamentin buraxılmasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Tələblər yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.

Siyasi şərhçilər Avropadan Ukraynaya zorla gəldikdən sonra başlanan proseslərin arxasında Qərbin əlinin olduğunu iddia edirlər. Bir müddətdir digər ölkələrdə inqilablar həyata keçirməyə ara verən ABŞ-ın artıq hərəkətə gəldiyi, Saakaşvilinin əli ilə ikinci “Qızılgül inqilab”nı (ilk dəfə 2003-cü ildə Gürcüstanda baş verib, Eduard Şevardnadze hakimiyyətdən uzaqlaşdırılıb, yerinə Saakaşvili gəlib)  ssenarisini həyata keçirmək niyyətinin olduğu deyilir. Amerikanın təkcə Ukrayna ilə bu prosesləri bitirməyəcəyi və digər ölkələrdə də “küçə inqilabları” ssenarisini həyata keçirmək üçün cəhdlər edəcəyi qeyd olunur. Bu sırada göz önünə Rusiya və Azərbaycan gəlir. Çünki gələn ilin martında şimal qonşumuzda, oktyabrda isə ölkəmizdə prezident seçkiləri keçiriləcək.

Image result for Politoloq Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu Ukraynada cərəyan edən proseslərdə əsas niyyətin prezidentin istefasına nail olmaq olduğunu qeyd etdi: “Kiyevdə parlament binası qarşısındakı mitinqin bir neçə məqsədi var. Mitinqi təşkil edən Saakaşvili deputat toxunulmazlığının ortadan qaldırılmasını və antikorrupsiya qanununun qəbulunu tələb edir. Ancaq hiss olunur ki, Saakaşvilini və ona birbaşa və kənardan dəstəkləyən qüvvələr prezident Petro Poroşenkonun istefasına nail olmaq istəyirlər. İddialar var ki, Mixail Saakaşvilinin arxasında Poroşenkonun gələcək prezident seçkisindəki əsas rəqibi Yuliya Timoşenko və oliqarx İqor Kolomoyski dayanır. Maraqlıdır ki, Saakaşvili Poroşenkonun komandasında olanda Kolomoyski və Gürcüstanın keçmiş prezident az qala düşmən idilər. İndi isə prezidentə qarşı müxalifətçilik hər iki şəxsi bir-birinə yaxınlaşdırıb. Saakaşvilinin Poroşenkoya qarşı indiki radikal çıxışları Ukraynanı növbəti inqilab dalğasına sürükləyə bilər ki, bu Rusiyanın xeyrinə olacaq. Moskvanın Saakaşvilini görməyə gözü olmasa da, Gürcüstanın keçmiş prezidentinin hazırkı radikal tələbləri Kremlin maraqlarına cavab verir. Ukraynanın hazırkı prezidentinin iki çıxış yolu var, ancaq hər iki yol Poroşenko üçün müəyyən risklər vəd edir. Poroşenko üçün birinci çıxış yolu daxili işlər naziri Arsen Avakovdan mitinqi və parlamentin qarşısında qurulan çadırları dağıtmağı istəməsi ola bilər. Ancaq bu halda toqquşmalar və itkilər də olacaq. Digər tərəfdən, Avakovun prezidentin əmrini yerinə yetirib-yetirməyəcəyi də bəlli deyil. Çünki Ukraynanın hazırkı erməni əsilli daxili işlər naziri heç də Poroşenkonun güclənməsini istəmir. İkisi arasında gizli narazılıq var. Avakovun Timoşenkoya simpatiyası var. Elə bu ikili keçmişdə müttəfiq olublar. Prezident üçün ikinci çıxış yolu mitinqin öz-özünə dağılmasını gözləməkdir. Yəni Poroşenko heç nə etmədən gözləmə mövqeyinə keçə bilər. Ancaq hadisələrin bu istiqamətdə inkişafı da Poroşenkoya yaxşı heç nə vəd etmir. Mitinq dağıdılmasa, xalqın müəyyən hissəsinin onlara dəstəyi arta bilər. Hazırkı vəziyyətdə Petro Poroşenko Vaşinqtondan dəstək gözləyəcək. Ancaq Vaşinqton neytral mövqedən çıxış edir, Ukraynada qanuni hakimiyyəti qətiyyətlə müdafiə etmir. Bu o deməkdir ki, parlament qarşısında mitinq keçirən qüvvələr Vaşinqtondakı müəyyən mərkəzlərdən dəstək alırlar. Fikrimcə, Saakaşvili özü də ABŞ-dakı siyasi mərkəzlərin razılığını almasaydı, Poroşenkonun istefasını qətiyyətlə tələb etməzdi. Barak Obama administrasiyası Poroşenkoya hərtərəfli dəstək verirdi. İndiki Amerika administrasiyasının isə belə bir dərdi yoxdur və Vaşinqtonun Poroşenkoya dəstəyi getdikcə azalır. Təsadüfi deyil ki, Tramp Poroşenkonu Ağ Evdə cəmi bir neçə dəqiqəliyinə qəbul etdi və birgə mətbuat konfransı keçirmədi. Poroşenko məcbur qalıb Ağ Evdən bir neçə metr kənarda jurnalistlərin suallarına cavab verdi”.

Politoloq Amerikanın yenidən “küçə inqilabları” etmək, o cümlədən Rusiya və Azərbaycanda inqilab etmək gücünün olmadığını düşünür: “Bu gün Amerikanın hansısa bölgədə və ölkədə inqilab edəsi halı yoxdur. Dünya birqütblü sistemlə çoxqütblü sistem arasındadır. Biz sanki keçid dövrü yaşayırıq. Vaşinqton 10 il əvvəl uzaq ölkələrə nəsə inqilab ixrac edə bilirdi, indi həmin güc, istək və enerji yoxdur. Sabah Poroşenkonu devirsələr, Amerika buna çətin ki, mane olsun. Amerika prezidenti Donald Trampı Ukrayna maraqlandırmır. Konqresin etirazı olmasaydı, Ağ Ev sahibi bəlkə də Krımı da Rusiya ərazisi kimi tanıyardı. ABŞ-ın Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycanda inqilab edəcək gücü yoxdur. Bu heç bizim maraqlara da cavab vermir. Bizə Ermənistan istisna olmaqla, bütün qonşularla normal münasibətləri davam etdirmək lazımdır. Sabitlik nə qədər kövrək olsa da, bunsuz Azərbaycanın yenidən xaosa yuvarlanması və parçalanması ehtimalı yüksəkdir. Əlbəttə, Azərbaycanda siyasi, iqtisadi və məhkəmə islahatlarının dərinləşdirilməsinə ehtiyac var. Ancaq bunu biz özümüz kənar təzyiq olmadan etməliyik. Ukraynanı içəridən bilən və bu ölkənin siyasilərini şəxsən tanıyan birisi kimi deməliyəm ki, ”Maydan"ın Azərbaycanda təkrarlanmasını istəmirəm. Ukraynada ikinci “Maydan” bu ölkənin parçalanmasına - Krımın itirilməsinə və Şərqi Ukraynada ikinci Qarabağın yaradılmasına gətirib çıxartdı. Rusiya fürsətdən istifadə etdi. Amerika heç nə itirmədi, bəlkə də qazandı, ancaq itirən Ukrayna oldu".

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
Hamısı