Dağlıq Qarabağ münaqişəsi 2018-ci ildə həll olunacaqmı? - PROQNOZLAR - ÖZƏL | Eurasia Diary - ednews.net

22 İyul,


Dağlıq Qarabağ münaqişəsi 2018-ci ildə həll olunacaqmı? - PROQNOZLAR - ÖZƏL

Ekspert rəyi

A- A A+

Əbdül Nağıyev

Rusiyalı siyasətçi, “Konstruktiv siyasət” Fondunun direktoru, özəl olaraq Eurasia Diary üçün

Bildiyimiz kimi, 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik İtaliyaya keçib. Təşkilatın da bəyan etdiyi kimi bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prioritet sayılacaq.

Həmsədrlər bildiriblər ki, konfliktin həllinə dair əsas prinsiplər çoxdan hazırlanıb, sənədlər stol üzərindədir. Lakin proses ləngiyir və belə bir fikir yaranır ki, münaqişənin sülh yolu ilə həlli üçün formula mövcud deyil.

Rəsmi İrəvanın “diplomatik oyunları” substantiv danışıqlar prosesinə mane olur.

2018-ci ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkiləri münaqişənin həllinə təsir göstərəcək. Martda parlament idarəçilik sisteminə keçid edən Ermənistanda dövlət başçısı və baş nazir vəzifəsinə seçkilər, Azərbaycanda isə  oktyabrda prezident seçkiləri keçiriləcək.

Böyük ehtimmalla Serj Sarkisyan Ermənistanda hakimiyyətin parlamentə keçməsindən sonra da öz mövqeyini qoruyaraq baş nazir olacaq.

Bu vəziyyətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişiklik gözləmək yanlış olar.  

Lakin cəbhə xəttində 2016-cı ilin aprelində olduğu kimi hərbi toqquşmaların baş verəcəyi istisna edilmir. Həmçinin, Yaxın Şərqdən Cənubi Qafqaza yerləşmiş stabilliyi pozan faktoru da nəzərə almaq lazımdır və bundan üçüncü qüvvələr istifadə edə bilər. Ermənistanın bəyan etdiyi “milli ideologiya” və iki qonşu xalqın tarixi əlaqələri ilə bağlı olaraq, Azərbaycan erməni təcavüzünün qarşısını almaq kimi uzunmüddətli proqram üzrə hərəkət edib. 

Əsas məsələ Dağlq Qarabağ probleminin istənilən vasitəylə həll olunması yox, Ermənistanın gələcəkdə Azərbaycana ərazi iddiasının irəli sürmək imkanından məhrum edilməsindən ibarətdir. Bu istiqamətdə Azərbaycan ciddi nəticələr əldə edib. Bugün Ermənistan regionun iri enerji və nəqliyyat layihələrində iştirak edə bilmir, Türkiyə ilə dövlət sərhədləri bağlıdır, Ermənistanda iqtisadi durum müstəqil dövlətçilik prinsipləri ilə ziddiyyət təşkil edir, demoqrafik böhran yaşanır. Beləliklə, zaman Azərbaycanın xeyrinə işləyir, Dağlıq Qarabağ probleminin sürətləndirilmiş həlli azərbaycan xalqının maraqlarına cavab vermir və 2018-ci il çətin ki, həlledici il olsun.

Erməni millətçilərinin iştahını nəzərə alsaq, Azərbaycan tərəfinin münaqişənin həllində istənilən təklifi gələcək nəsillər üçün problemə çevrilə bilər.

Bunun üçün elə bir “barışığ”a nail olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi tarixi erməni-Azərbaycan qarşıdurmasında sonuncu olsun.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...