"Makedoniya" adı yunanları niyə narahat edir? - ÖZƏL | Eurasia Diary - ednews.net

25 Mart, Bazar ertəsi


"Makedoniya" adı yunanları niyə narahat edir? - ÖZƏL

Ekspert rəyi A- A A+

Bu həftə Yunanıstan Makedoniya baş nazirinin ölkəsinin tezliklə dünyada ən arzuolunmaz mübahisəli məsələni həll etmək naminə öz adını dəyişməyə hazır olması barədə verdiyi bəyanatı müsbət qarşılayıb. Siyasi ekspert və tarixçi İoannis Papaqriqoriu Eurasia Diary-ə yunanların Yunanıstanın bir hissəsinin adının digər müstəqil dövlət tərəfindən istifadə olunması öz mövcudluğunu qoruması ilə başa izah olunur.

Onun sözlərinə görə, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) milli dövlət sayılmır. Yaltada İkinci Dünya müharibəsindən sonra tez bir zamanda. Yaltada xəritədə sərhəd xətlərini çəkməklə Yuqoslaviya dövlətini yaratdılar. O zaman bu “makedoniya” əyaləti Albaniyaya, Yunanıstana və Bolqarıstana aid olan bəzi torpaqları birləşdirməklə komunist bloku üçün nəzərdə tutulmuşdu. Geosiyasi səbəblərdən dolayı onlar Varşava müqaviləsinin bu ən ucqar cənub əyalətini “Makedoniya” adlandırdılar: Beləliklə SSSR-nin Yunanıstana (Süveyş kanalı vasitəsilə neftin ötürülməsini təmin edən, NATO ölkəsinə) soxulması bəhanə ola bilərdi. Bu 1940-cı illərin sonunda baş vermişdi. Yunanıstan həqiqətən də lap əvvəldən etiraz etməyə başlamışdı lakin “soyuq müharibə”nin iştirakçısı kimi NATO regionda iğtişaşlar zamanı səy göstərirdi.

Daha sonra kommunizm quruluşu dağıldı. Yunanıstanın liderləri Yuqoslaviyanı bir neçə hissələrə parçalayan 1990-cı illərdəki Balkan müharibələrinə baxmayaraq öz cənub sərhədlərini - “Lebensrum”dan (görünür, bu Avstriya və Horvatiyanı daxil edir) nəzərdə tuturdular.

FYROM liderinin bütün çıxışları bir arqumentlə şübhə altına alına bilər: Əgər FYROM onların iddia etdiyi kimi “makedoniyalılar” və “Makedoniyalı İsgəndərin varisləridirsə” bəs öz dilləri niyə yoxdur? Və nə üçün onların rəsmi varislərindən heç biri o dildə danışmayıb?

Əgər Kuba özünü Cənubi Florida adlandırsaydı və “yeganə əsl floridalı” olduqlarını iddia etsəydi və əgər öz Konstitusiyalarına “öz şimal torpaqlarının azad edilməsi” barədə düzəliş etsəydilər, ABŞ şübhəsiz ki, buna reaksiya verərdi. Və Yunanıstanın nümayiş etdirdiyi dözümsümlülüyü göztərməzdilər.

Buna səbəb ABŞ-ın Kubadan qorxması yox, onun müttəfiqlərinin gözlənilməz addım atacağından ehtiyat etməsi idi.

Məhz buna görə, Yunanıstan belə qeyri-qanuni dövlətin legitimliyinə reaksiya verir.

Politoloq bildirib ki, “Makedoniya” adı keçmiş Yuqoslaviya dövlətlərinə münasibətdə özündə heç bir etnik, tarixi və ya siyasi reallıq əks etdirmir. Yunanıstan işğalçı siyasət sayıla bilən tarixi adının istifadə olunmasına qarşı çıxmaqda təmamilə haqlıdır. 

• Qədim Makedoniya krallığı şimal yarımkürəsində yerləşirdi.

• Müasir  Makedoniya vilayəti şimal yarımkürəsində yerləşir.

• Özünü etnik və dil mənsubiyyəti baxımından yunan hesab edənlər və daimi olaraq, tarixi Makedoniya ərazisində məskunlaşanlar barədə davamlı olaraq hesabat verilib

• Makedoniya 1912-ci ildə işğaldan azad olunub.

• Makedoniya Respublikası (keçmiş Yuqoslaviya Respublikası) – bu yaxın keçmişdə yaradılmış, yunan yarımadasının şimalındakı tarixi Makedoniya ilə heç bir əlaqəsi olmayan slavyan dövlətidir.

• Yuqoslaviya Sosialist Federativ Respublikasının bir hissəsi kimi FYROM Vardar banovini vilayəti kimi tanınırdı. O Yunanıstandan tarixi Makedoniyanı qoparmaq və strateji mövqeyə malik Egey dənizinə çıxmaq məqsədilə 1946-cı ildə Makedoniya Sosialist Respublikası adlandı.  

•“Makedoniya” adının slavyan dövlətinin açıqlaması kimi istifadə edilməsi YUNESKO Bəyannaməsinin düzgün münasibətlər baxımından bir millətin (keçmiş Yuqoslaviya respublikası) öz müqəddəratını təyin etmə hüququnun təmin olunmasında digər bərabərhüquqlu millətin (Yunanıstan) öz minillik tarixini müəyyən etmək hüququnun ikinci dərəcəli hesab etməməli olmasına aid mədəni müxtəliflik barədə ikinci maddəsinin pozulması hesab olunur.  

Ayaz Mirzəyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...