İrəvanın demarşı Kremlə arxadan zərbə

Analitika 10:40 23.05.2018

Paşinyandan post-inqilab sabotajı – kritik gəlişmə; Yeni hökumət Rusiya qarşı riskli oyunda; İrəvanda MDB təhlükəsizlik tədbirinin ləğvinin ilginc motivi; Kremlə sədaqət andını pozan dönük Paşinyanın cəzası nə olacaq?..

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Rusiya və Qərb (ABŞ) arasında “ikili oyun”u davam etdirir. Bu oyunun zaman etibarilə nə qədər sürəcəyi və erməni populist baş nazirin nə qədər duruş gətirə biləcəyi isə şübhəsiz, Moskvanın dözüm və səbir limitindən asılı olacaq.

Xəbər verdiyimiz kimi, bir yandan, Kremlə sədaqət andı içən, Ermənistanın Rusiya orbitində və təsir zonasında qalacağına dair Soçidə Moskvaya söz verən Paşinyan digər yandan, Ermənistanda açar vəzifələrə müstəsna olaraq, qərbpərəst, ameriakpərəst kadrları gətirir. Bu isə o anlama gəlir ki, Rusiya yox, məhz Qərb, ABŞ Paşinyan hökumətinə ciddi təsir rıçaqları qazanmış olacaq - kəşfiyyat və əks-kəşfiyyat təsirləri də öz yerində.   

O sırada baş nazirin müavini, müdafiə, xarici işlər, ədliyyə, mədəniyyət, kənd təsərrüfatı və iqtisad inkişaf nazirləri qərbyönlü kadrlar sayılırlar. Bundan əlavə, Nikol Paşinyan az öncə amerikalı məşhur mütəxəssis Daron Acemoğlunu iqtisadçı məsləhətçi kimi Ermənistana dəvət edib.

*****

“Yeni Müsavat” bu yerdə arayış üçün xatırladır ki, baş nazirin müavini Ararat Mirzoyan - “Demokratiyaya dəstək fondu” ABŞ qeyri-kommersiya təşkilatı ilə sıx bağlı şəxsidır. Müdafiə naziri David Tonoyan uzun müddət Ermənistanın NATO yanında nümayəndəliyinin rəhbəri olub. Xarici işlər naziri Zoqrab Mnasakanyan BMT-dəki nümayəndəsinin keçmiş başçısı, ABŞ-ın Mançester Universitetinin politologiya fakültəsinin məzunudur. Ədliyyə naziri Artak Zeynalyan ABŞ-dakı prezident seçkilərini Dövlət Departamentinin dəvəti ilə izləyib. Kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistandakı Amerika İnstitutunu bitirib. Mədəniyyət naziri Lilit Makunts da ABŞ-da oxuyub. İqtisadi inkişaf və investisiya naziri Artsvik Minsyan isə Massaçusets Texnologiya İnstitutunun iqtisadiyyat professorudur.  

Son olaraq Nikol Paşinyan Təhlükəsizlik Şurasının sədri postuna qərbpərəst Armen Qriqoryanı gətirib. İlginc məlumatlardan biri də elə Qriqoryanın personası ilə bağlıdır.

Putin Pashinyan ile ilgili görsel sonucu

Belə ki, 2018-ci il 16-18 may tarixlərində İrəvanda MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları rəhbərləri Şurasının növbəti 44-cü iclası məhz ona görə baş tutmayıb. Bildirilir ki, Ermənistanda baş vermiş məlum hadisələr və hakimiyyətə qərbyönlü Nikol Paşinyanın gəlməsi, ölkənin təhlükəsizlik xidmətinə isə qərbmeylli şəxsin (Qriqoryan) təyinatı iclasın keçirilməsinə əngəl yaradıb və ermənilər təşkilatçılıqdan imtina ediblər. Nəticədə tədbir 16-18 may tarixlərində Moskva şəhərində baş tutub. Bildirilir ki, Rusiyadakı tədbirdə əsas diqqət terrorizm və transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsinə yönəlib.

*****

Göründüyü kimi, Ermənistanda cəmi 15 gündür (mayın 8-i) davam edən Paşinyan dönəmi artıq Moskva-İrəvan münasibətlərində ilk çatlar yarada bilib - Paşinyan həm ölkədəki açar vəzifələrə qərbyönlü adamları gətirməklə, həm də Moskvanın patronajlıq elədiyi bir qurumun toplantısına imkan verməməklə faktiki, Rusiyaya qarşı demarşlar edib.

Trump ile ilgili görsel sonucu

Ola bilsin, hökumətə Amerika təsiri artıq öz işini görür. İstənilən halda bunu ən əvvəl Putinə sədaqət andı içmiş Nikol Paşinyanın nankorluğu, Rusiyaya arxadan zərbəsi kimi qiymətləndirmək lazım gəlir. Belə dönüklüyü isə Putin bağışlamır.

Maraqlıdır ki, İrəvanın Moskvaya qarşı bu ilk post-inqilab demarşı, İrəvanın tədbiri sabotaj eləməsi Soçi görüşündən 1-2 gün sonraya təsadüf edir. Doğrudur, hələlik Kreml başçısı Soçi görüşündən sonra susqunluq göstərir. Ola bilsin, Putin hələ bir müddət də gözləmə mövqeyində olacaq və Paşinyana Moskvaya münasibətdə daha çox səhvlər edib “çırpı yığması”na şərait yaradacaq. Ta ki, işğalçı ölkədə Rusiya hərbi mövcudluğuna real təhlükə yarananadək.  

Kremlə yaxın Rusiya KİV- və ekspertləri isə “Ermənistanın Saakaşvilisi” olmaq istəyən Paşinyanın “ipinin üstünə odun yığmağın” təhlükəli olması, ona etibar etməyin mümkünsüzlüyü barədə o, hələ baş nazir olmamışdan qabaq yazırdı. İndi də yazır.

*****

Bu yerdə tanınmış rus politoloq Andrey Piontkovski ile ilgili görsel sonucu

Bu yerdə tanınmış rus politoloq Andrey Piontkovskinin Soçi görüşündən öncə “Yeni Müsavat”da getmiş bir fikrini yada salmağa dəyər. Sitat: “Paşinyanla Putinin mayın 14-də Soçidəki ilk görüşü Saakaşvili ilə Putinin birinci görüşü kimi çox nəzakətli keçəcək. Putin o zaman müəyyən konkret arzularını dilə gətirmişdi. O, Gürcüstan rəhbərliyində qəti şəkildə toxunulmayacaq 5-6 nəfərin adını çəkmişdi. Yəqin ki, bu dəfə o, Paşinyana da belə fiqurların adını çəkəcək”.

Amma çəkibmi? Fakt budur ki, Paşinyan öz kabinetində Rusiyanın adamlarına bircə yüksək post da verməyib, verməyə hazırlaşmır da. Demək, artıq o, Kremlin ən ağrılı və həssas yerinə basmağa başlayıb. Cavab reaksiyasın qaçılmaz görünür. Cavabı gözləyək...     

Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
Hamısı