Naxçıvanla sərhəddə gərginliyi artıran ABŞ-dır, yoxsa Rusiya?

Analitika 11:06 24.05.2018

Ekspertlərin bununla bağlı fikirləri haçalanır; Vaşinqton işğalçı ölkəyə 140 milyon dollar yardım ayırmağa hazırlaşır, Moskva isə...

“Naxçıvanda atəşkəsin pozulmasının və hərbçimizin şəhid olmasının arxasında ABŞ-ın dayandığına inanmıram. Bu versiya bir az nağıla oxşayır. Amerikanın problemi qəhətdir ki, hələ bir Cənubi Qafqazda yeni müharibə ocağı yaratsın?”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd edək ki, rusiyalı politoloq Oleq Kuznetsov Azərbaycan mediasına verdiyi müsahibəsində Ermənistanın Naxçıvanla sərhəddə gərginlik yaratmasının arxasında ABŞ-ın dayandığını iddia edib. Lakin E.Şahinoğlu bu ehtimalı birmənalı şəkildə rədd edir:“Tutaq ki, Amerikanın təhriki ilə atəşkəs pozuldu və Azərbaycanla Ermənistan arasında savaş başladı, bundan Amerikanın nə qazancı olacaq? Axı bu müharibədən Amerikadan çox yaxınlıqdakı dövlətlər siyasi divident əldə etməyə çalışacaqlar”. Ekspertə görə, tam əksinə, Amerika üçün bu gün Cənubi Qafqazda sabitlik lazımdır ki, İranla bağlı planlarına heç nə mane olmasın: “Çünki Cənubi Qafqazda başlana biləcək müharibə bölgədə Rusiya və İranın fəallaşması üçün yeni imkanlar açacaq. Bu, Amerikanın nəyinə lazımdır? Əlbəttə, Naxçıvan-Ermənistan sərhədində atəşkəsi pozmaqda Amerikanı günahlandıran rusiyalı ekspertdir. Öz dövlətini qınamaqdan ki, nədən Ermənistan hakimiyyətinə təsir edib münaqişənin həllini sürətləndirmirsən, şübhələri Amerikanın üstünə yönəltmək istəyir. Əgər onun dediyi kimi, Amerika Cənubi Qafqazı qarışdıracaq gücdədirsə, Rusiya Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etməklə bunu yoluna qoya bilər və Amerikanın ”təsir" imanları heçə enər". E.Şahinoğlu rusiyalı ekspertin cavablandırması gərək olan sualı da səsləndirdi: “Bəs Rusiya əlində kifayət qədər imkanlar olduğu halda niyə münaqişənin həllini sürətləndirmir? Rusiyalı ekspertlər bu suala cavab versələr daha yaxşı olar, yoxsa Azərbaycanla ABŞ-ın arasını vurmaqla uzağa gedə bilməzlər”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Lakin müşahidələr onu deyir ki, Kuznetsovun versiyasını birmənalı şəkildə kənara qoymaq da olmaz. Xüsusilə də ABŞ-ın işğalçı Ermənistana qarşı sanksiya tətbiq etmək, Qarabağ bölgəsinə aidiyyəti olmayan Naxçıvan istiqamətində də gərginliyi artırmasına, torpaqlarımızın ilhaqının genişləndirilməsinə yönəlik çağırışlara sərt reaksiya vermək əvəzinə... İrəvana yardımı artırır. Məlumata görə, Birləşmiş Ştatlar hökuməti Ermənistanda dövlət islahatlarının aparılması üçün Paşinyanın başçılıq etdiyi hökumətə 140 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır. TASS-a istinadən xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi bu haqda ABŞ dövlət katibi Mayk Pompeonun məktubunu öz saytında dərc edib. “Biz ”Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrantın ayrılması məsələsini götür-qoy etməyə hazırıq. Ancaq bunun üçün Ermənistan layihədə iştirak ərizəsində ölkədə baş verən pozitiv dəyişikliklərlə bağlı məlumatlar təqdim etməlidir", -deyə Pompeonun məktubunda deyilir. ABŞ aprel döyüşlərindən sonra da Ermənistan ordusunu gecəgörmə cihazları ilə təchiz etmişdi və məhz bu cihazların köməyi ilə işğalçı ordu bizim bir neçə hərbçimizi hədəfə aldı. Belə görünür ki, Azərbaycan ərazilərinin işğalının davam etməsində həm ABŞ, həm də Moskva maraqlıdır və bir-birinə qarşı savaş halında olan bu iki paytaxtın yalnız Qarabağ məsələsində mövqeləri üst-üstə düşür. Həmsədr ölkələrin biri - ABŞ Ermənistana 140 milyonluq yardım ayırır, digər həmsədr Rusiya isə işğalçı ölkəyə “kredit” adı altında milyonlarla dollarlıq yeni silah-sursat göndərməyə hazırlıq görür...

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Hamısı