Raket-artilleriya bölmələrimiz istənilən anda aeroportun infrastrukturunu məhv edə bilər HƏRBİ EKSPERT

Analitika 14:55 18.06.2018

İyunun 17-də Ermənistan mətbuatı “Artsakh air fest” adlanan növbəti təxribatı çərçivəsində Dağlıq Qarabağda guya səmaya qırıcıların qaldırılması ilə bağlı absurd bir məlumat yaydı.

Təəssüflər olsun ki, Azərbaycanın bəzi elektron mediası da erməni fitnəsinə uyaraq, guya düşmən tərəfinin Xocalı aeroportundan istifadə etməklə, Dağlıq Qarabağda qırıcı təyyarələri göyə qaldırması ilə bağlı ağlasığmaz xəbərləri tirajlamağa başladı.

Xatırladım ki, ermənilər hər il məhz iyun ayında Xankəndi səmasında idman təyyarələrini göyə qaldıraraq sonradan bu kimi təxribat xarakterli məlumatlar yayırlar. Bundan əlavə, Ermənistan tərəfi guya bu aeroportun tezliklə mülki aviasiya reysləri və hətta Suriyada keçirilən antiterror əməliyyatları üçün də istifadəyə veriləcəyi ilə bağlı vaxtaşırı bir-birindən fantastik informasiyalar yayıblar.

Bu barədə hərbi ekspert Tahir Müseyiboğlu bildirib. Onun sözlərinə görə, düşmən tərəfinin budəfəki informasiya həmləsinə Müdafiə Nazirliyi Xocalı aeroportunun foto görüntülərini yaymaqla dərhal, faktlarla tutarlı cavab verdi. Nazirlik aeroportun fotolarını mətbuat üçün açıqlamaqla, uçuş-enmə zolağında 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələrinin, eləcə də çoxməqsədli Mi-8 tipli helikopterin müşahidə olunduğunu açıq-aydın nümayiş etdirdi.

Sadalanan aviasiya vasitələrinin uçuş-texniki xüsusiyyətlərini və hərbi məqsədlər üçün istifadə edilməsi imkanlarını qısaca da olsa nəzərdən keçirək.

Çexiyanın "Aero Vodochody" şirkəti tərəfindən istehsal olunmuş L-39 təlim təyyarəsi 30-dan çox ölkənin HHQ-nin sərəncamındadır. Hələ keçən əsrin 70-ci illərində istismara verilən bu təyyarə dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Təyyarədən sadə və çətin iqlim şəraitində, sutkanın gecə və gündüz vaxtı uçuş heyətini məşq etdirmək üçün istifadə edilir. Bəzi məlumatlara görə, Ermənistanda 4 ədəd bu tip təyyarədən var.


Keçən əsrin 70-ci illərinin sonlarında keçmiş sovetlər birliyində istehsal edilən Yak-52 tipli təyyarə əsasən idman-məşq məqsədləri üçün istifadə edilir. Təyyarədə aparılan bəzi modernizə işlərindən sonra 1998-ci ildə onun istehsalı tamamilə dayandırılıb. Hazırda Ermənistanda cəmi 10 ədəd Yak-52 təyyarəsi var.

Birmühərrikli, müxtəlif məqsədli Kanada istehsalı olan Zenith STOL CH 701 uçuş aparatı 1986-cı ildə "Zenith Aircraft Company" tərəfindən istehsal edilib. Bu təyyarə Kanadanın çətin keçilən dağlıq ərazilərində, müvafiq uçuş-enmə meydançası olmayan yerlərdə istifadə edilməsi məqsədilə fərdi istifadə üçün hazırlanıb.


Müxtəlif məqsədli Mi-8 helikopteri isə keçən əsrin 60-cı illərində istehsal olunub. Əsasən mülki və hərbi təyinatlı məhsulların daşınması üçün istifadə edilir. Ermənistan cəmi 10 ədəd bu tip helikopterə malikdir.

Müdafiə Nazirliyi tərəfindən yayılan fotolarda aviasiya vasitələri ilə yanaşı Xocalı aeroportunun uçuş-enmə zolağı və digər infrastrukturu da açıq aydın müşahidə edilir.

Ermənistan tərəfinin bir neçə il bundan əvvəl Xocalı aeroportunda əsaslı təmir və tikinti işlərinin aparılması, uçuş-enmə zolağının uzunluğunun 2170 metrə, eninin isə 45 metrədək artırılması və digər tədbirlərin görülməsi iddiası ilə çıxış etməsinə baxmayaraq, aeroportun hazırkı vəziyyəti və onun texniki imkanları hərbi təyyarələrin qəbul edilməsinə qəti surətdə imkan vermir.


Zolağın örtüyünün keyfiyyətinin qeyri-qənaətbəxş olması, gecə vaxtı, eləcə də görmə məhdudiyyəti şəraitində qalxma və enmənin təhlükəsizliyini təmin edən işıq-siqnal qurğularının standartlara cavab verməməsi də bu qəbildən olan problemlərdəndir. Bundan əlavə, enmə və qalxma sxemlərinə nəzarət edən dispetçer radiolokatorları da istifadəyə yarasızdır, hava dəhlizləri üzrə uçuşları tənzimləyən aeronaviqasiya sistemləri isə ümumiyyətlə mövcud deyil. Hətta erməni tərəfi hələ 2010-cu ildə etiraf edirdi ki, Stepanavan şəhərinin aeroportunda uzun illər istifadə edilən, istismar müddəti başa çatmış radiolokator sökülərək Dağlıq Qarabağa gətirilib və üzərində müəyyən təmir işləri aparıldıqdan sonra Xocalı aeroportunda quraşdırılıb. Yəni, bu da onu deməyə tam əsas verir ki, aeroportun hazırkı texniki vəziyyəti ondan hərbi məqsədlər üçün istifadəsinə imkan vermir.

Faktiki olaraq, Xocalı aeroportunun üzərində bu kimi çəkilişlər aparmaqla Hava Hücumundan Müdafiə Qoşunlarımız hava məkanımızın təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda bu ərazini də tam nəzarətdə saxladığını bir daha sübut etdi.

Bu isə o deməkdir ki, düşmən üzərində hərbi-texniki üstünlüyə malik olan Azərbaycanın HHQ, o cümlədən raket-artilleriya bölmələri istənilən anda Xocalı aeroportunun infrastrukturunu, orada bazalaşdırılan uçuş vasitələrini havaya qalxmadan məhv etmək qabiliyyətinə malikdir. (baku.ws)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı