Qərb Ərdoğanın qələbəsini “satın alır” Sensasiya

Analitika 15:21 18.06.2018

Türkiyənin mühafizəkar və qismən də milliyyətçi çevrələrində populyar olan, bizdə də çoxlarının inandığı fikir bundan ibarətdir ki, Qərb Türkiyədə hakimiyyət dəyişikliyinin baş verməsini arzulayır və bunun üçün əlindən gələni edir.

Bu sözləri politoloq Şahin Cəfərli Qərbin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirmək istədiyi ilə bağlı iddialara münasibət bildirərkən deyib. O bildirib ki, Türkiyədə hakim təbliğat iqtisadi çətinliklərin yeganə səbəbkarı kimi “Rəisi devirmək istəyən dış güclər”i göstərir: “Bu təbliğat Ərdoğan tərəfdarlarında rəisə sahiblənmə duyğusunun zəifləməsinə yol verməməyə hesablanıb və nəticə də verir. Qərb doğrudan da Ərdoğanı sevmir. Qərb mediasında, insan haqlarını müdafiə təşkilatlarının hesabatlarında Türkiyə hökumətinin və prezidentinin ünvanına kəskin tənqidlər var. Qərb rəsmi dairələrinin də Ərdoğana hər hansı simpatiyasından danışmaq mümkün deyil”. Politoloq Ərdoğana qarşı olan bu neqativ münasibətin Qərbin real, praktik siyasətində nə dərəcədə əksini tapmasına da fikir bildirib:

“Türkiyə kimi hakimiyyətin seçki yolu ilə dəyişdiyi ölkələrdə xalqın rəyini formalaşdıran ən önəmli amil iqtisadiyyatın durumu və buna bağlı olaraq əhalinin rifah səviyyəsidir. Qərbin Ərdoğan dönəmində Türkiyə iqtisadiyyatında oynadığı və oynamağa davam etdiyi rola nəzər salaq. 2003-cü ilin yanvarından 2018-ci ilin aprelinə qədər Türkiyənin ixracatı 1 trilyon 941 milyard dollar, idxalatı 2 trilyon 700 milyard dollar olub. Xarici ticarət kəsiri 759 milyard dollar, büdcə kəsiri 570 milyard dollar təşkil edib. Eyni müddətdə xaricilərin birbaşa yatırımları (Türkiyədə fabrik açmaq, şirkət qurmaq, şirkət almaq və s.) 169 milyard dollar, ölkəyə gətirdikləri “sıcak para” deyilən nəğd pul kütləsi 185 milyard dollar olub. Xarici borclanma ilə bərabər ötən müddətdə xaricdən Türkiyəyə daxil olan kapitalın miqdarı 611,5 milyard dollar (qaynağı bəlli olmayan sərmayə ilə bərabər ümumilikdə 655 milyard dollar) təşkil edib. Yəni 570 milyardlıq büdcə kəsirinə qarşı 655 milyard dollar maliyyə gəlib. Nəticədə xalq büdcə kəsirinin, xarici ticarətdəki neqativ tablonun fəsadlarını hiss etməyib, AKP və Ərdoğan keçirilən seçkiləri, referendumları rahat qazanıb”.

Politoloq vurğulayıb ki, həmin 655 milyardın 74%-i Avropadan, 9%-i Amerika qitəsindən daxil olub:

“Beləliklə, ölkəyə gələn xarici sərmayədə Qərbin payı 83% təşkil edib. Türkiyənin hazırda toplam xarici borcunun 136,8 milyard dolları dövlət, 316,4 milyard dolları özəl sektorun payına düşür. Özəl sektora, yəni türk iqtisadiyyatına borc şəklində axan maliyyənin 53,4%-i Avropaya, 11,1%-i ABŞ-a aiddir. 2018-ci ilin ilk rübündə xarici güclər Türkiyənin “Dövlət iç borclanma sənədləri”nə (xəzinə bondları, dövlət istiqrazları) 29 milyard 305 milyon dollar yatırıblar. Bu məbləğin 19 milyard 358 milyon dolları Avropadan, 7 milyard 970 milyon dolları ABŞ-dan, cəmi 1 milyard 884 milyon dolları Asiyadan daxil olub. İç borclanma sənədləri büdcə kəsirini qapatmaq üçün dövlətin istifadə etdiyi əsas alətlərdəndir”.

Politoloq qeyd edib ki, Qərb Ərdoğanı yıxmaq istəsə, sadəcə olaraq, bu yatırımları etməz, öz bazarlarını Türkiyə üçün bağlayar: “Nəticədə Türkiyə iqtisadiyyatı çox ağır duruma sürüklənər, hətta mübaliğəsiz deyə bilərik ki, ayaqda qala bilməyib çökər”.

Politoloq qeyd edib ki, seçki ərəfəsində də Qərb tərəfindən Türkiyə hökumətinə, Prezident Ərdoğana basqılar olduğunu düşünmür:

“Türkiyə və ABŞ Suriyanın şimalındakı Menbiç probleminin həlli üçün anlaşdılar. PKK-nın Suriya qolu YPG bu bölgədən çıxarılacaq, ərazidə ABŞ və Türkiyə əsgərləri keşik çəkəcək, sonra bu iki dövlət birlikdə yerli hakimiyyət orqanlarını formalaşdıracaqlar. Yəni Türkiyənin tələblərini ABŞ böyük ölçüdə qəbul etmiş kimi görünür. Vaşinqton bu anlaşma üçün Türkiyədəki seçkilərin nəticələrini gözləyə bilərdi, gözləmədi. Digər təərəfdən, Ərdoğan seçki ərəfəsində Britaniyaya rəsmi səfərə dəvət olundu, baş nazir və kraliça tərəfindən qəbul edildi, investorlarla bir araya gəldi. Türkiyə hökumətinin bildirdiyinə görə, görüş yüksək səviyyədə keçib və Qərb investorları Türkiyəyə sərmayə yatırmağa söz veriblər. Ən maraqlısı isə odur ki, Merkel seçkinin nəticələrini gözləmədən, şifahi olaraq (Çavuşoğlu ilə görüşdə) Ərdoğanı 24 iyundan sonra Almaniyaya rəsmi səfərə dəvət edib. Bu faktlar bizə onu deyir ki, Qərb Ərdoğanın qələbəsinə inanır, 24 iyun sonrasına yatırım qoyur, birja dili ilə desək, Ərdoğanın qələbəsini satın alır. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq, Qərb öz maraqları əsasında praqmatik siyasət yeridir və onun simpatiyaları, antipatiyaları real siyasətdə rol oynamır, yaxud çox minimal rol oynayır”.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.(axar)

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Hamısı