Manvel Qriqoryan buna görə Ermənistan tarixinə ən biyabırçı, vicdansız və rüşvətxor şəxs kimi düşə bilər FOTOLAR

Analitika 15:10 19.06.2018

Bir neçə gündür erməni ictimaiyyəti şok vəziyyətdədir. Müdafiə nazirinin keçmiş müavini, Ermənistanın sözdə milli qəhrəmanı Manvel Qriqoryanın cinayət işində yeni təfərrüatlar ortaya çıxdı.

Hekayə həqiqətən də dəhşətlidir. Söhbət təkcə Ermənistan deyil, bütün Qafqaz regionunun tarixində ifşa olunmuş ən böyük və utancverici korrupsiya halıdır. Və hətta məsələ oğurluğun miqyasında deyil, Manvel Qriqoryanın bütün mənəvi prinsiplərdən məhrum olmasıdır. Vicdan, şərəf, mərhəmət, təəssüf hissi və nəhayət ağıl kimi insana xas olan keyfiyyətlərin olmaması erməni xalqının şoka düşməsinə səbəb oldu. Ermənistan abırsızlığın təzahürü və acı həqiqətlə üzləşdi.

Ermənistan KİV-in məlumatına görə, erməni uşaqların ünvana yetişməyən məktubları Ermənistanın və Ermənistan ordusunun tarixinin bir hissəsi olacaq.

"Məsələ yalnız hüquqi tərəfdən ibarət deyil. Və yalnız Qriqoryanın deputat, siyasi qüvvənin nümayəndəsi və Yerkrap könüllülərinin İttifaqı kimi önəmli təşkilatın rəhbəri olduğu üçün də deyil.

Məsələ burasındadır ki, Manvel Qriqoryan - öz avtoparkı, mülkiyyət hüququna dair dəlilləri, villaları, əmlakı, "heyvanxana"sı ilə - Ermənistanda nəticə etibarilə qətllərin baş verdiyi bir siyasətin məhsuludur", lragir.am saytı yazır.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin uşaqların ön cəbhədəki erməni əsgərlərinə göndərdiyi məktubların və bağlamaların Manvel Qriqoryanın villasında tapılmasını nümayiş etdirən videomaterialı erməni cəmiyyətini şoka saldı.

Qutulardakı məktubların məzmunundan belə aydın olur ki, onlar hələ 2016-cı il Aprel döyüşləri zamanı ön cəbhədə olan əsgərlərə yardım məqsədilə göndəriliblər. Məktəb şagirdlərinin əsgərlər üçün yığdıqları əsgər köynəkləri, corabları, dərmanlar, bintlər, sarğılar, həblər, qida məhsulları və s. digər şeylər "möcüzəvi" şəkildə M. Qriqoryana məxsus Aknaliçsk istirahət zonasında peyda olublar.

Milli Məclisin deputatının evində pələnglərin, ayıların, dəvəquşularının yaşadığı şəxsi zoopark və həmçinin ippodrom var. "Əldə olunan məlumatlara əsasən, Manvel Qriqoryan dörd günlük aprel döyüşlərinin iştirakçısı olmuş əsgərlər üçün nəzərdə tutulan ərzağın şəxsi zooparkındakı heyvanların yemlənməsi üçün istifadə etdiyi aydın oldu.

"Manvel Qriqoryanın sahib olduğu istirahət sahəsi silah anbarı və onlarla retro və müasir avtomobillərin olduğu avtomobil parkına çevrilib". Ərzaq, gigiyena və dərman vasitələri, üzərində "əsgər üçün" qeydi yazılmış hərbi formalar üçün anbar kimi xidmət edib", - Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi xəbər verir.

Həmçinin axtarış zamanı PG-7 tipli 18 tank əleyhinə minaatan; 20 ədəd "F-1" tipli bomba; müxtəlif çaplı 21 589 ədəd patron; TNT 12 400 qramlıq  partlayıcı maddə; 27 ədəd "KD" tipli partlayıcı maddə; 2 pulemyot gövdəsi və bir sıra digər döyüş sursatları müsadirə edilib. Manvel Qriqoryana məxsus malikanədən zavod nömrələri olan 79 tüfəng; zavod nömrələri olan 39 tapança; müxtəlif kalibrli 12 300 ədəd patron müsadirə olundu.

Həmçinin, müasir bahalı avtomobillər, motosikllər və qar motosikletləri ilə yanaşı, dörd günlük müharibə günlərində ordu üçün nəzərdə tutulan bir sıra avtomobil və təcili yardım maşını aşkar edilib.

Bundan başqa, Manvel Qriqoryan  Xocalı soyqırımında, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarında işğal olunmasında, əsirlərə işgəncə verilməsi və digər hərbi cinayətlərdə iştirak edib.

Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 2014-ci ilin noyabrında M.Qriqoryan "Azadlıq Radiosu"na verdiyi müsahibəsində Qarabağ uğrunda gedən döyüşlərdə yüzlərlə azərbaycanlı əsirlərin ancaq bir qismini ermənilərlə dəyişdirdiyini, çox hissəsini isə öz şəxsi evində qul kimi istifadə etdiyini qürurla demişdi. Bu etirafına görə onu hətta erməni hüquq müdafiəçiləri də tənqid etmişdilər. Bu tip əməllərin Cenevrə Konvensiyasını pozduğuna cavab olaraq isə, Manvel Qriqoryan hər hansı konvensiyanı tanımadığını və erməni olduğu üçün fəxr etdiyini deyib.

İndi isə Manvel Qriqoryan Ermənistanın tarixinə ən biyabırçı, vicdansız və rüşvətxor şəxs kimi daxil olduğu üçün fəxr edə bilər.

Hüseyn Səfərov


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Hamısı