“Paşinyanın taleyi Azərbaycanın əlindədir” Bakı götür-qoy edir

Analitika 09:38 20.06.2018

Tanınmış ekspert erməni baş nazirin ayağını Qarabağdan kəsməyin yolunu göstərdi

Ermənistanın baş naziri Nikol Paşinyan baş nazir seçilməsindən sonrakı  ayyarımda ikinci dəfə işğal altındakı Dağlıq Qarabağa gəldi. Ötən həftə o, yenə Şuşada olub və Azərbaycana qarşı təxribatçı açıqlamalar verib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi, Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi “Su-30" CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vasitəsilə Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirib. H.Hacıyev bildirib ki, yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır: “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır.

Hikmət Hacıyev ile ilgili görsel sonucu

Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır. Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur”.

Ä°lgili resim

Bəs Azərbaycan Paşinyanın Qarabağa gəlməsinin qarşısını necə almalıdır? Qarabağ səması bizim hava məkanımız olduğu halda onu pozmağı adi hala çevirməyə çalışan erməni baş nazirin ayağını Qarabağdan necə kəsməli?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində öncə bildirdi ki, Paşinyan əslində böhranla üz-üzədir: “Çünki onun hakimiyyətə gəlişindən sonra bəzi kadr islahatlarından savayı irəliyə doğru addım atılmayıb. Ən başlıcası sıravi erməninin maddi rifah halında irəliyə doğru hiss ediləcək cüzi dəyişiklik belə olmayıb. Bu cür xarakterli dəyişikliklərdən sonra xalq həmin dəyişikliklərə liderlik etmiş adamlardan daha çox məsələlərin həllini gözləyir. İlk növbədə sosial-iqtisadi xarakterli məsələlərin həllini istəyir. Amma belə görünür ki, Paşinyanın ay yarımlıq hakimiyyətində heç o sosial xarakterli dəyişikliyin bünövrəsini belə qoya bilməyib. Doğrudur, Paşinyan Ermənistanda Qarabağ klanına qarşı mübarizəni özünün əsas məqsədlərindən biri kimi təqdim edir. Burada bir nüansı xüsusi qeyd etmək lazım gəlir ki, yerli ermənilərlə Qarabağdan gələn ermənilər arasında psixoloji vuruşma özünü göstərməkdədir. Paşinyan nə qədər millətçi şüarlara müraciət etsə də, bu məsələlər adi şüur səviyyəsində öz həllini tapmayıb. Paşinyanın qarşısında duran ən mühüm vəzifə Dağlıq Qarabağ məsələsində tutacağı mövqedir. Bu məsələdə Paşinyan demək olar ki, çaş-baş durumdadır. Bu vəziyyətdən doğan müxtəlif ziddiyyətli mövqelər sərgiləməsi də müşahidə olunur. Onun Dağlıq Qarabağa səfərləri də bu ziddiyyətli mövqedən irəli gəlir. O başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycan onu hava məkanını pozduğu üçün elə havadaca vurmaq hüququna malikdir”.

Azərbaycanın ata biləcəyi addımlara gəlincə, Q.Hüseynli qeyd etdi ki, Ermənilərin işğal altındakı Xocalıda tikdiyi hava limanı qeyri-qanunidir: “Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib və bildirib ki, oradan uçuşlar həyata keçirilməsinə imkan verilməyəcək. Biz buna görə Beynəlxalq Mülki Aviasiya İdarəsinə də müraciət etmişik. Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara uyğun olaraq müdafiə edilib, Dağlıq Qarabağdakı hava məkanının Azərbaycana aid olduğu bildirilib. Odur ki, Xocalı hava limanından qanunsuz istifadə edilməsinin qarşısını ala biləcək müxtəlif tədbirlər görə bilərik. Beynəlxalq qanunlar və özünün qanunları Azərbaycan dövlətinə bu addımları atmağa hüquq verir. Azərbaycan bu məsələni ciddi surətdə beynəlxalq təşkilatlarda müzakirə obyektinə çevirə bilər.

Amma belə görünür ki, Paşinyan və erməni separatçılarını onların başa düşəcəyi dildə başa salmaqdan başqa yol qalmır. Paşinyan hakimiyyətə gəldikdən sonra keçən az müddət ərzində iki dəfə Azərbaycan ərazilərinə gəlməklə düşünür ki, Azərbaycana meydan oxuyur. O, bu davranışı ilə faktiki olaraq Azərbaycanı müharibəyə sürükləyir. Paşinyan danışıqlar aparmaq niyyətində olmadığını bu addımları ilə ortaya qoymuş olur. Erməni baş nazir Azərbaycana onun vertolyotunu hava sərhədimizi keçən zaman vurmaqdan başqa yol qoymayacaq bu gedişlə. Paşinyan bunu istəyirsə, Azərbaycan ordusu bunu etmək gücündədir. Hesab edirəm ki, Paşinyanın ayağını Qarabağdan kəsməyin yeganə yolu hərbi gücə əl atmağımız ola bilər".

Politoloq vurğuladı ki, Naxçıvan istiqamətində Azərbaycan ordusunun uğur qazanması artıq erməni ictimai rəyində Paşinyanın Azərbaycan ordusunun qarşısında məğlubiyyətinin başlanğıcı kimi qarşılanır: “Ordumuz Naxçıvandakı uğuru Qarabağ istiqamətində də bir həmlə ilə təkrarlayarsa, artıq bu hadisə Paşinyanın Ermənistan xalqının nəzərində nüfuzunun sürətlə enməsinə təkan verəcək. Bir sözlə, Paşinyan bilməlidir ki, onun taleyi həm də Azərbaycanın əlindədir. Azərbaycan onu elə bir sınağa çəkə bilərik ki, bu sınaqdan çıxa bilməz və siyasi çöküşü başlayar. Azərbaycan onsuz da səmərəsiz danışıqlardan cana yığılıb və məsələni döyüş meydanında həll etməkdən başqa yolun olmadığına qəti əmin ola bilər. Bu zaman Paşinyan nəinki Qarabağa gələ bilməyəcək, hətta az sonra Ermənistanda da qala bilməyəcək. Azərbaycan vəziyyəti hazırda götür-qoy edir və gəlinən qənaət odur ki, separatçı ermənilərə güc yolu ilə dərs verilməlidir. Paşinyanın sonuncu Dağlıq Qarabağ səfərindən sonra bu qənaət Azərbaycanın müxtəlif kəsimlərində öz mövqeyini kifayət qədər möhkəmləndirib”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
Hamısı